Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Türkiyə ilə Ermənistan arasında normallaşma addımını dəstəkləyir
ABŞ Türkiyə ilə Ermənistan arasında normallaşma addımını dəstəkləyir

ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Ermənistanla normallaşma addımları atacağı ilə bağlı açıqlamasına münasibət bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat verib.

ABŞ dövlət katibi Blinken sosial media hesabında: “Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Ermənistanla normallaşma prosesini müzakirə etmək üçün xüsusi nümayəndələrin təyin edilməsi ilə bağlı bəyanatını alqışlayır və qətiyyətlə dəstəkləyirik”, - deyib yazıb.

Qeyd edək ki, xarici işlər naziri Mövlud Çavuşoğlu ötən gün Türkiyə Böyük Millət Məclisində verdiyi açıqlamada Ermənistanla normallaşma addımlarının atılacağını və Xüsusi Nümayəndələrin qarşılıqlı olaraq təyin ediləcəyini bildirib.

Nazir Çavuşoğlu Ermənistanın paytaxtı İrəvanla çarter reysləri açacaqlarını qeyd edərək: "Tezliklə Ermənistanla normallaşma addımları üçün qarşılıqlı Xüsusi Nümayəndələr təyin edəcəyik. Hər addımda Azərbaycanla birlikdə hərəkət edəcəyik",- deyə bildirib.

Çavuşoğlunun açıqlamalarından sonra Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Unanyan İrəvan administrasiyasının Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndə təyin edəcəyini açıqlayıb.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »