Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dekabrın 16-na olan hava proqnozu
Dekabrın 16-na olan hava proqnozu

Dekabrın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq.

Bizimyol.info xəbər verir ki, ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 6-8° isti, gündüz 9-12° isti, Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacaq. Nisbi rütubət gecə 80-90 %, gündüz 65-75 % olacaq.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin axşama doğru bəzi qərb rayonlarında az yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-5° isti olacaq.

Dekabrın 16-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »