Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Artıq olan olub.., vətəndaş məcburdur ki, mənzili alıb bir neçə otağa bölsün"
"Artıq olan olub.., vətəndaş məcburdur ki, mənzili alıb bir neçə otağa bölsün"

Dövlət Şəhərsalma və Arxitektura komitəsinin kollegiyasının qərarı ilə təsdiqlənən “Yaşayış binaları. Layihələndirmə normaları”nda təqdim edilib. Sənəddə yaşayış binaları ilə bağlı bir çox normativlər yer alıb. Bura bir, iki və çoxotaqlı mənzillərə dair tələblər, binalarında məktəbəqədər təhsil müəssisələrinin yerləşdirilməsi və s. yer alıb.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bizimyol.info saytına açıqlamasında bildirir ki, bu normativlər əmlak bazarındakı qiymətlərə təsir edəcək. Qiymətlər ucuzlaşacaq, amma bu da MTK-lara sərf etməyəcək.

Elnur Fərzəliyev Elnur Fərzəliyev

“Komitənin tikinti və yaşayış binaları ilə bağlı tətbiq etdiyi qaydaların əksəriyyəti çox əhəmiyyətlidir. Məsələn, binaların üzərində olan antena və qurğuların ləğv edilməsi mühim məsələdir. O birbaşa şüalanma idi. Digər bir bənd kimyəvi məhsulların istehsalı və satışı da vəətndaşlar üçün zərərli idi. Amma digər müddəalar - kafe, restoranlar, iaşə obyektlərinin bağlanması və yaxud saat 23:00-a qədər işləməsi əmlak bazarında ciddi narazılıqlar yaradacaq. Çünki birmənalı olaraq icarə məbləğinə təsir edəcək. Kafe və restoranlarda müştərilər daha çox gecə saatlarında olur, yeni qaydalardan sonra icarədarlar icarə haqqını çıxarmaqda çətinlik çəkəcəklər”,- deyən ekspert bildirib ki, bu qaydalara yeni tikilən binalarda da tətbiq ediləcəyi halda tikinti şirkətlərinə obyek satışı zamanı çətinliklər yaradacaq. Çünki obyektləri alan şəxslər də, icarəyə vermək məqsədi ilə alır. Obyekt sahibləri icarədar tapmaqda çətinlik çəkəcəyi üçün obyektlərin satışında problemlər yaranacaq və bu obyektlərin satış qiymətinə də təsir edəcək. Qiymətlər düşəcək.

Yaşayış binalarının otaqlarının iç-içə olmaması ilə bağlı məsələyə gəldikdə isə, ekspert bildirib ki, son illərdə Bakı və Abşeron ərazisində 2000-ə yaxın bina tikilib: “Və həmin binaların əksəriyyətində əhali 1 otaqlı mənzilləri 2, 2 otaqlı mənzilləri 3 otaqlıya çevirib. Mətbəxlər yerini dəyişir, sanitar qovşaqlar yerini dəyişib. Artıq olan olub. Buna vaxtında imkan verməmək lazım idi. Vətəndaşlar üçün böyük kvadratlı mənzillər əlverişli deyil, vətəndaş məcburdur ki, alıb onu bir neçə otağa bölsün. Bu gün həmin mənzilləri əvvəlki vəziyyətinə çevirmək mümkün deyil. Çünki artıq vətəndaşlar yaşayır, evlərinə uyğun təmir ediblər, ailələr formalaşıb”.

Gələcəkdə belə dəyişikliklər edilən zaman tikinti şirkətlərinin təqdim etdiyi layihələrdə düzəliş etmək lazımdır. Layihələr, vətəndaşlar üçün əlçatan olmalıdır. Bunun üçün isə, daha çox ekonom-layihələrə üstünlük vermək lazımdır.

Vətəndaşın 50-60 kvadratmetr olan bir otaqlı mənzilini alıb iki otaqlı etməməsi üçün, 50-60 kvadratmetr olan iki otaqlı mənzillər təklif edilməlidir.

Ekspertin fikrincə, bu dəyişikliklər əmlak bazarında qiymətlərdən təsirsiz keçməyəcək. Obyektlərin qiymətinin enməsinə səbəb olacaq.

“Yeni tikilən binaların əksəriyyətində uşaq hazırlıq kursları, dərnəklər və s. olmasına icazə verilməyəcək. Bunun üçün isə, həmin bizneslə məşğul olan şəxslər üçün şərait yaradılmalıdır ki, onların da biznesi axsamasın” - deyən ekspert bildirir ki, Bakının mərkəzində 100-dən çox qəzalı və ya istismar müddətini bitirmiş binalar var. Bu binaların özəl MTK-lər tərəfindən sökülüb yenidən tikilməli olduğunu qeyd edən E.Fərzəliyev bildirir ki, yeni qaydalar MTK-lara sərf etməyəcəyi üçün bu sahədə də axsamalar ola bilər.

İlahin, Bizimyol.info

Paylaş »
››› Pensiyasını almaq üçün cəsədi poçt şöbəsinə aparıblar
››› Rusiyada buzlu çaya girən qadın yoxa çıxdı - Video
››› NK karantin rejiminin dəyişməsi ilə bağlı qərarlar qəbul edib
››› Yanvarın 23-nə olan hava proqnozu
››› Yuxuda dəniz görmək nə vəd edir - Yuxuyozma
››› ABŞ-ın yeni hərbi yardımı Ukraynaya çatdırılıb
››› Sərnişin maska ​​taxmadığına görə, təyyarə yarı yoldan geri dönüb
Son xəbərlər
Bütün xəbərlər »