Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qazinin yarımçıq tikilidən ibarət olan evi əsaslı şəkildə yenidən qurulub" - Video
"Qazinin yarımçıq tikilidən ibarət olan evi əsaslı şəkildə yenidən qurulub" - Video

Vətən müharibəsi qazisi, 20 yaşlı 1-ci qrup əlil Röyal Kərimov Füzuli rayonu istiqamətində gedən döyüşlərdə yaralanıb. Dörd bədən orqanı yoxdur, əlil arabasında gəzir.

Musavat.com saytına açıqlamasında o, Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşovdan və həmin rayondan deputat olan Səməd Seyidovdan şikayətçidir. Onlardan əlil arabası istəyib, ancaq onlar qazinin bu istəyini "unudublar". Röyal Kərimov eyni zamanda mənzil şəraitinin yaxşılaşdırmasını xahiş edib. İcra başçısı söz verib ki, onun evini təmir etdirəcək. Səməd Seyidov isə, əlil arabası vəd edib. Qazinin dediyinə görə, vədlərinə əməl etməyiblər.

Redaksiyaya bununla bağlı göndərilmiş rəsmi cavabda isə deyilir: "Vətən müharibəsi qazisi Röyal Kərimovun yaşadığı evlə bağlı xəbər saytlarında gedən məlumatlar həqiqəti əks etdirmir. Qazinin yaşadığı 2 otaqlı yarımçıq tikilidən ibarət olan ev əsaslı şəkildə yenidən qurulub. Tam yaşayış vəziyyətinə gətirilmiş 5 otaqdan ibarət olan ev bu günlərdə qazinin ailəsinə təhvil verilib. Evin əvvəlki və təmirdən sonrakı vəziyyətini özündə əks etdirən video ilə aşağıdakı ekranda tanış ola bilərsiniz".

Paylaş »
››› "Cütlüklərə zəng edirlər ki, boşanın, sizi evlə təmin edək" - "Qaçqınkom"-da nə baş verir...
››› Zelenski xalqa müraciət edib: "...Qaçmağa başqa yerimiz yoxdur"
››› Qazaxıstan XİN Tokayevin "xəbərdarlıq etmədən güllələmək" əmrini açıqlayıb
››› 67 ildir yuyunmur, ölü heyvan əti ilə qidalanır, amma tam sağlamdır - Foto
››› "Rusiya sovet hökümətinin varisidirsə, bu hadisə ilə də üzləşməli idi"
››› 20 Yanvar və Çin...
››› Yanvarın 21-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »