Yaponiyanın keçmiş baş naziri Şinzo Abe Çini qonşularını təxribat etməməyə və ya ərazi genişlənməsinə cəhd etməməyə çağıraraq, Çinin istənilən hərbi macərasının sonunun onun “intiharı” ola biləcəyini söyləyib.
Bizimyol.info "aljazeera"ya istinadən xəbər verir ki, keçən il baş nazir postunu tərk edən, lakin hələ də hakim Liberal Demokrat Partiyasının ən böyük fraksiyasının rəhbəri kimi nüfuzunu qoruyan Abe təhlükəsizlik forumunda videomüraciətində belə şərh edib.
Abe: "Hərbi işlərdə macəra, Çin kimi nəhəng bir iqtisadiyyata malik ölkə üçün, ən azı intihara səbəb ola bilər".
"Biz onları ərazi genişlənməsinə davam etməməyə və öz qonşularını təxribata çəkməkdən, tez-tez zorakılıq etməkdən çəkinməyə çağırmalıyıq, çünki bu, onların şəxsi maraqlarına zərər verəcək", - deyə keçmiş baş nazir bildirib.
Çin Cənubi Çin dənizinin demək olar ki, bütün enerji ilə zəngin sularına sahibdir və burada süni adalarda hərbi postlar qurub.
Bizimyol.info