Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makron və Putin Qarabağ barədə də danışıblar
Makron və Putin Qarabağ barədə də danışıblar

Fransa prezidenti Emmanuel Makron və Rusiya dövlət başçısı Vladimir Putin bu ilin sonuna qədər yenidən görüşmək barədə razılığa gəliblər.

Bizimyol.info xəbər verir ki, bu barədə Yelisey sarayının mətbuat xidməti məlumat yayıb.

Ötən gün iki ölkə liderləri arasında baş tutan telefon danışığından sonra sarayın kommünikesində deyilir: "Prezidentlər müzakirə olunan məsələlərə qayıtmaq üçün ilin sonuna qədər yenidən danışmağa razılaşıblar".

Fikir mübadiləsi zamanı dövlət başçıları Belarus-Polşa sərhədindəki vəziyyəti, Ukraynadakı vəziyyəti və Qarabağ münaqişəsinin həlli yollarını da müzakirə ediblər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »