Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ pilotu "UFO" olduğu ehtimal edilən obyektləri lentə alıb - Video
ABŞ pilotu "UFO" olduğu ehtimal edilən obyektləri lentə alıb - Video

ABŞ hərbi pilotunun sosial şəbəkədə paylaşdığı görüntülər gündəm olub.

Bizimyol.info xəbər verir ki, Böyük Britaniyada yerləşən “İndependent” qəzetinin xəbərinə görə, noyabrın 24-də çəkildiyi bildirilən videoda UFO donanmasının görüntüləri əks olunur.

Görüntülərdə, pilotun “bunun nə olduğunu bilmirəm. Bir qədər qəribədir” deməsi eşidilir və daha sonra UFO donanmasının yoxa çıxdığı görünür.

53 saniyəlik kadrlarda hərhansı məlum təyyarədən fərqli olaraq buludların üzərində ahənglə uçan dörd işıqdan ibarət üç dəst var.

İndiyədək sosial şəbəkədə videoya 40 mindən çox şərh gəlib və şərhlər arasında fikir ayrılıqları yaşanıb. Kimisi bunun yadplanetlilər olduğunu, kimisi isə burada qeyri-adi heç bir şeyin olmadığını qeyd edib.

Həmin görüntüləri təqdim edirik:

Son xəbərlər
Bütün xəbərlər »