Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda restoran və teatrlarda Yeni il şənliklərinin qiymətləri
Bakıda restoran və teatrlarda Yeni il şənliklərinin qiymətləri

Yeni ilin gəlişinə və bayrama sayılı günlər qalıb. Bir çoxlarımızın sevimlisi olan bu bayram öz atrebutları, personajları ilə həm də uşaqların diqqətinə səbəb olur. Çox sevindirici haldır ki, yeni il ərəfəsində övladlarını tamaşalara, teatrlara, yeni il şənliklərinə aparan validenlərin sayı sanki bu il daha da artıb. Yəqin ki, bunun səbəbi valideynlərin uzun sürən pandemiya dönəmi, sərt karantin rejimlərindən sonra övladlarının sosiallaşması, ictimailəşməsini istəmələri ilə bağlıdır.

Bu maraq artımı səbəbindən də bu ilki yeni il şənliklərinin qiymətləri isə əvvəlki illərlə müqayisədə daha bahadır. Gəlin uşaqlar üçün təşkil olunacaq yeni il şənliklərinin qiymətlərinə nəzər salaq.

“Studyland-də Yeni İl şənliyi”nin qiymətləri 25-30 azn, Heydər Əliyev sarayında keçiriləcək “Moskovskaya yolka” 10-50 azn, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək “Qar Kraliçası və 7 Gözəl” 10-25 azn, Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda keçiriləcək “İllüzionistlər paradı” 15-55 azn, Teleqüllə restoranının “Tower Terrace” zalında yeni il şənliyi 50 azn, DTX-nin Mədəniyyət Mərkəzində keçiriləcək “Tıq-tıq xanımın Şaxta Babası” 10-25 azn, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək “Qrinç Yeni il şənliyində” 10-15 azn, Bakı Əyləncə Mərkəzində keçiriləcək “Qırmızı Papağın Yeni İl Macərası” 15 azn, restoran "Zilviyə"də keçiriləcək “Yeni il möcüzələri” 50 azn, Heydər Əliyev Sarayında keçiriləcək “Yeni ilin Arzu medalyonu” 6-25 azn, Bakı Konqres Mərkəzində keçiriləcək “Cırtdan: Böyük Macəra” 6-36 azn aralığındadır.

Yuxarıda qeyd etdiyimiz qiymətlər yalnız bir nəfər üçün nəzərdə tutulub. Yəni valideyn övladı ilə birlikdə bu tədbirlərə qatılmaq istədikdə bu rəqəmlərin iki mislini ödəməli olacaq. Daha ucuz qiymətə olan biletlərin əksəriyyəti isə artıq satılıb.

Sonda qeyd edək ki, bu şənliklərə qoşulmaq üçün 18 yaşdan yuxarı şəxslər hər iki doza olmaqla peyvənd pasportu, immunitet və ya əks-göstəriş sertifikatı təqdim etməlidirlər. Əks halda həmin şəxslər zala buraxılmır və alınan biletlər geri qaytarılmır.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› "Cütlüklərə zəng edirlər ki, boşanın, sizi evlə təmin edək" - "Qaçqınkom"-da nə baş verir...
››› Zelenski xalqa müraciət edib: "...Qaçmağa başqa yerimiz yoxdur"
››› Qazaxıstan XİN Tokayevin "xəbərdarlıq etmədən güllələmək" əmrini açıqlayıb
››› 67 ildir yuyunmur, ölü heyvan əti ilə qidalanır, amma tam sağlamdır - Foto
››› "Rusiya sovet hökümətinin varisidirsə, bu hadisə ilə də üzləşməli idi"
››› 20 Yanvar və Çin...
››› Yanvarın 21-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »