Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Necə qarşılasanız, elə də keçəcək - Yeni il inancları
Necə qarşılasanız, elə də keçəcək - Yeni il inancları

Müxtəlif bayramların inancları olur. Deyirlər ki, bayramları necə qarşılasanız, bütün iliniz elə keçəcək. Buna görə də, hər zaman insanları bayramlara xüsusi hazırlaşır, bayramları xüsusi keçirməyə hazırlaşırlar. Yeni illə bağlı müxtəlif ölkələrin, müxtəlif adətləri var. Bu adətlər yerinə yetirilməsə, deyirlər ki, düşər düşməzi olar.

Azərbaycanda Yeni illə bağlı hansısa adətlərin olduğunu eşitməmişik. Amma başqa ölkələrin qanunları varmış. Məsələn;

  • Çində keçən ilə aid pis ruh və uğursuzluğu qovmaq üçün evlər təmizlənir. Eyni zamanda uğur gətirməsi üçün uşaqlara qırmızı zərflərdə pul paylanılır.
  • Panamada isə, pis ruhları qovmaq üçün oyuncaq gəlinciklər yandırılır.
  • Rumıniyada insanlar, ayı dərisi geyinib küçələri gəzir və beləcə pis ruhların uzaq durduğuna inanırlar.
  • Rusiyada arzularınızı yazdığınız kağızların yandırılması arzuların həyata keçməsi deməkdir.
  • Yaponiyada isə, insanlar başlayacaq ilin heyvanına bürünərək məbədlərə gedib 108 dəfə zəng çalırlar.
  • Argentinada yeni il gecəsi ağ alt paltarı geyinmək eşqi çağırmaq deməkdir.
  • Belarusda subay qadınlar, bir otağa xoruz salırlar. Sonra isə, böyük bir qarğıdalı götürüb otağa atırlar. Xoruz birinci kimin qarğıdalısını dimdikləsə, o, yeni ildə ərə gedəcək inancına inanırlar.
  • Estoniyada əvvəllər Yeni il gecəsi gələn ilin bərəkətli olması üçün 7 dəfə yemək yeyərdilər. Yeddi nəfərin payını yeyən şəxsin 7 nəfərin gücünü aldığına inanılırdı.
  • Cənubi Afrikada köhnə elektron əşyalar, Yeni il gecəsi pəncərədən atılır. Bu da, yeni əşyaların alınacağına bərəkət gətirəcəyinə inanılan fərqli bir yeni il adətidir.
  • Filippində gecə 12-dən sonra dostların evinə getmək üçün yarış başlayır. İlk getdikləri evə pul, çörək, duz, kömür və viski aparırlar.
  • İspaniyada gecə yarısı Yeni il zəngi çalındığı zaman, hər zəng üçün bir gilə üzüm yemək adətdir.
  • Yeni Zellandiyada isə, xalq gecə yarısı əlində qazan və tava ilə küçəyə çıxıb qazan-tava çalarlar.

Ümumi olaraq isə bəzi yerlərin adətləri bənzərdir:

  • Yeni ilə yeni geyimlərlə keçin. Deyilənə görə, Yeni il axşamı paltar yumaq uğursuzluq gətirərmiş.
  • Digər bir inanc isə, təqvimlə bağlıdır. Köhnə il bitməmiş təqvimə yeni ilə çevirmək uğursuzluq gətirirmiş.
  • Yeni ildə səyahət etmək istəyənlər boş bir çemodan götürüb evin içində gəzsələr, Yeni ili səyahətlərlə keçəcək.
  • Yeni ilə girdiyiniz zaman rəfləriniz, cibiniz və pul kisəniz boş olmamalıdır. Yeni ildə pul sıxıntısı çəkməmək üçün hər yerə bir az pul qoyun.

Qarşıdan Yeni il gəlir. Yeni ili gözəl keçirmək isə, hər birimizin öz əindədir. Bunun üçün ürəyi təmiz saxlamaq lazımdır. Yaxşı düşünün, hər şey yaxşı olacaq!

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »