Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xalq artisti Yaşar Nurinin 70 illik yubileyinə həsr olunmuş gecə keçirilib
Xalq artisti Yaşar Nurinin 70 illik yubileyinə həsr olunmuş gecə keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzində Xalq artisti Yaşar Nurinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Bizimyol.info xəbər verir ki,  tədbirin aparıcısı Nurlan Həsənzadə görkəmli teatr və kino aktyoru, pedaqoq, Xalq artisti Yaşar Nurinin həyat və yaradıcılığından söhbət açıb. Daha sonra aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva və qızı Ülkər Nuriyeva təşkilatçılara minnətdarlıqlarını bildirib, xatirələrini bölüşüblər.

Yashar Nuri - 70

Xatirə gecəsi Yaşar Nuriyə həsr olunmuş videoçarxla davam edib.

Tədbirdə Xalq artisti Gülyaz Məmmədovanın, Əməkdar artistlər Zakir Əliyevin, Elza Seyidcahanın, Natiq Fərzəliyevin, Azad Şükürovun çıxışları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Nurlan Həsənzadənin, Zümrüd Bədəlovanın, istedadlı müğənni Vüqar Bəxtiyarın, tələbələri Elnarə Heydərovanın, Cavid Telmanın, gənc aktyor və parodiyaçı Ramin Abdullayevin çıxışları da alqışlarla müşayiət olunub.

Sonda Yaşar Nurinin qızı Ülkər Yaşarqızının ifası tədbirə rəngarənglik qatıb.

Tədbirdə mədəniyyət müəssisələrinin, təhsil ocaqlarının nümayəndələri, Xalq artisti Yaşar Nuri yaradıcılığının işığına toplaşan sənətsevərlər iştirak ediblər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »