Belarusda Qomel məhkəməsi Sergey Tixanovskini 18 il müddətinə azadlıqdan məhrum edib.
Bizimyol.info xəbər verir ki, bu barədə TASS məlumat verib.
Belarusun Qomel vilayət məhkəməsi prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskayanın həyat yoldaşı, belaruslu bloger Sergey Tixanovskini kütləvi iğtişaşlar hazırladığına görə 18 il müddətinə azadlıqdan məhrum edib. Bu barədə çərşənbə axşamı TASS-a Qomel vilayət məhkəməsinin mətbuat katibi Alina Suleyko bildirib.
"Tixanovski 18 il müddətinə ciddi rejimli koloniyada həbs cəzasına məhkum edilib".
Bizimyol.info