Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ata Abdullayev: “Mən nədə günahkar olduğumu bilirəm...”
Ata Abdullayev: “Mən nədə günahkar olduğumu bilirəm...”

Müxtəlif adamları onlar haqqında rüsvayedici məlumatlar yaymaqla, pul tələb etməkdə ittiham olunan, özünü video-bloger kimi təqdim edən Ata Abdullayevin məhkəməsi davam edir. Dekabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyilə keçirilən məhkəmə iclasında Ata Abdullayev bildirib ki, günahının nədən ibarət olduğunu özü də bilir. Amma günahı onun iş üzrə zərərçəkmiş qismində tanınan dörd nəfərin heç birindən şantajla pul və ya başqa qiymətli əşya tələb etməsi deyil.

Bizimyol.info xəbər verir ki, ötən məhkəmə iclasında ifadə verən Ata Abdullayev budəfəki məhkəmədə prokuror Valeh Mehrəliyevin suallarını cavablandırıb.

“Yazırlar ki, guya mən 2020-ci ildə Elmar Əliyevdən telefon istəmişəm. Mən həmin vaxt Misirdə idim. Bunu deyəndə də bildirirlər ki, nə fərqi var, 2020-ci il olmasın, 2019-cu il olsun. Fərqi çoxdur, 2019-cu ildə biz qalib ölkə deyildik, amma 2020-ci ildə qalib ölkəyik”,- Ata Abdullayev bildirib.

Ata Abdullayev vurğulayıb ki, Ziya Məmmədov ona telefonu dost olduqlarına görə verib, Elmar Əliyevi şantaj etdiyinə görə yox: “Ziya ilə görüşəndə gördüm ki, əlində qatlanan “Samsung” telefonu var, alıb baxdım, dedim ki, qəşəng telefondur. Əlindəki telefonu mənə vermək istədi, götürmədim. Onda mənim telefonumun şüşəsi sınıq idi. Bir neçə gün sonra o telefonu aldı. Allaha and olsun, mən bu adamlardan heç nə almamışam... Əgər lazımdırsa, istəyirsinizsə, 1 milyon aldığımı yazım. Mən nədə günahkar olduğumu bilirəm. Buna görə də üzr istəmişəm, 10 dəfə də istəməyə hazıram. Amma bu adamlardan heç nə almamışam”.

İttihama əsasən, Ata Abdullayev Elmar Əliyevi şantaj edərək, ondan dostu Ziya Məmmədov vasitəsilə “iPhone 11Pro Max” telefonu alıb. Ziya Məmmədov bu məsələ ilə əlaqədar istintaqda dindirilsə də, məhkəməyə gəlməyib. İstintaqa ifadəsində isə bildirib ki, Ata Abdullayev dostu Elmar Əliyevi onu rüsvay edən məlumatlar yaymaqla hədələyib, ondan telefon tələb etmişdi. Dostunun xahişi ilə telefon alınaraq, ona çatdırılıb.

Ata Abdullayev isə deyir ki, Ziya Məmmədov ona telefonu dostu olaraq hədiyyə edib: “Mən də həm özümdəki sınıq telefonu, həm də onun verdiyi “iPhone”u satıb, yeni “iPhone 12” aldım”.

Ziya Məmmədov məhkəməyə ərizə göndərib ki, özü gələ bilmir, istintaq zamanı verdiyi ifadəni təsdiqləyir.

Lakin Ata Abdullayev və vəkili onun məhkəmədə dindirilməsində israrlı olduğuna görə ötən məhkəmə iclaslarında məcburi gətirilmə qərarı çıxarılmışdı. Dekabrın 14-də məlum olub ki, Ziya Məmmədovu tapıb məhkəməyə gətirmək yenə mümkün olmayıb.

Ata Abdullayev özü də bu məsələyə münasibət bildirərkən deyib ki, Ziya Məmmədov online bilet satışıyla məşğul olan “iticket.az” saytının rəhbəridir. Onun ofisi də Bakı Ağır Cinayətlər Məhkəməsinin yaxınlığında yerləşir.

Zərərçəkmiş qismində tanınan Elmar Əliyev məhkəmənin hazırlıq iclasında mülki iddia qaldıraraq, telefon almaqla ona dəymiş ziyanın ödənilməsi tələb etmişdi. Bugünkü məhkəmədə hakim xatırladıb ki, mülki iddiaya görə dövlət rüsumu ödənilməlidir. Zərərçəkmişin nümayəndəsi mülki iddianın təmin olunmasında israrlı olduqlarını bildirib və rüsumun ödənilməsinə dair qəbzi gün ərzində məhkəməyə təqdim edəcəyini bildirib.

Ata Abdullayevin işi üzrə məhkəmə prosesi dekabrın 21-də davam edəcək.

Ata Abdullayev bu ilin martında DTX əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bizimyol.info

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Hökumət hansı məhsulların qiymətinin artdığını açıqlayıb
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Hərbi geyimi qanunsuz şəkildə gəzdirən “qazi”lər, yaxud sosial şəbəkə “fenomen”ləri – “Adam “like” toplamaq istəyir, “qazi” adından istifadə edir”
Son xəbərlər
Bütün xəbərlər »