Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu, Azərbaycanı əyalətlərə, bölgələrə bölmək kimi səslənəcək"
"Bu, Azərbaycanı əyalətlərə, bölgələrə bölmək kimi səslənəcək"

Ötən günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu baş direktoru Zakir Eminov yerli KİV-ə bildirib ki, mövcud şəraitdə rayonlarda icra hakimiyyəti strukturları demək olar ki, heç bir iş görmürlər. Onun sözlərinə görə, rayonun mərkəzi hökümətdən dotasiyasının az olması üçün müəyyən işlər görülməlidir.

Zakir Eminov bildirib ki, yeni müəssisələrin tikilməsi, xidmət sahələrinin yaradılması lazımdır. Yalnız mərkəzi hökumət nəyə icazə verir, nəyə pul ayırır, bunun üçün işləyirlər. Direktor qeyd edib ki, əslində problem ərazi bölgüsündə deyil, idarəetmədədir.

“Sədərək rayonunda cəmi 3, Xızı rayonunda 6-7, yeni yaradılan Kəngərli rayonunda 7 kənd var. Məsələn, Lerik rayonunda 161 kənd var, amma kəndlərin əhalisinin sayı azdır. Samux, Xızı, Qobustan, Sədərək rayonlarının xırda bölgüsünə ehtiyac yoxdur. Onlar iqtisadi cəhətdən özünü doğrultmur, çünki bu rayonların idarə olunması üçün dövlət tərəfindən kifayət qədər vəsait işlənir. Belə halda, onları birləşdirmək olar”,- deyən direktor həmçinin əlavə edib ki, Azərbaycanda 14 iqtisadi rayon ayrılıb və onların bəziləri kifayət qədər böyükdür. Həmin rayonlar vilayət və ya əyalət kimi ola bilər. Eminovun fikrincə, idarəetmə strukturunu təkmilləşdirmək, bəzi rayonların ləğv edilməsi məsələsinə baxmaq lazımdır.

Elnur Fərzəliyev Elnur Fərzəliyev

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bizimyol.info saytına açıqlamasında bildirib ki, bəzi rayonların ləğv edilməsi ilə bağlı təkliflə razı deyil. “Biz bu təcrübəni çox yaşamışıq. Bəzi rayonlardan kəndləri alıb, yeni rayonlar yaradıblar. Bu, Bakının özündə də yaradıldı. Bakının özündə də mərkəzi rayon yaradılma planı var. Əgər bir rayonun ərazisi böyük, iqtisadi vəziyyəti aşağı dərəcədədirsə, bunu başqa bir rayonla birləşdirib yeni nə isə əldə etmək mümkün olmayacaq. Bu sadəcə, Azərbaycanı əyalətlərə, bölgələrə bölmək kimi səslənəcək. Ancaq ərazisi böyük olan, iqtisadiyyatı aşağı olan rayonları bölmək, onlardan yeni rayonlar yaratmaq olar. İqtisadi vəziyyəti aşağı olan rayonu ləğv edib, başqa bir rayonla birləşdirmək, digər rayonların da iqtisadi vəziyyətinə mənfi təsir edəcək” - deyə ekspert bildirib. Onun sözlərinə görə, rayonlarda iqtisadi vəziyyətin aşağı düşməsinə səbəb, kənd təsərrüfatı sektorunun inkişafdan qalmasıdır:

“Rayonlar əsasən kənd təsərrüfatı, əkin-biçinlə, heyvandarlıqla inkişaf edir. Hazırda bu sahə zəifdir. Rayonlarda bu sahələrin inkişafı üçün işlər görülsə, iqtisadiyyatı da güclənər və rayonlardan şəhərə iş üçün gələnlərin sayı da azalar".

Ekspert həmçinin bildirirb ki, ərazisi böyük olan rayonlar bölünməli və xüsusi idarəetməyə sahib olmalıdır. Belə olan halda, bölgələrin inkişafından danışmaq olar.

İlahin, Bizimyol.info

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Hökumət hansı məhsulların qiymətinin artdığını açıqlayıb
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Hərbi geyimi qanunsuz şəkildə gəzdirən “qazi”lər, yaxud sosial şəbəkə “fenomen”ləri – “Adam “like” toplamaq istəyir, “qazi” adından istifadə edir”
Son xəbərlər
Bütün xəbərlər »