Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Apteklərdə gecə fırıldağı
Apteklərdə gecə fırıldağı

Xəstəliklərin ən böyük biznesə çevrildiyi bir vaxtda ən xırda işçiyə kimi bu fürsətdən istifadə etməyə çalışır. Nə demək istədiyimi daha da aydın yazım… Bir neçə gün əvvəl gecə saatlarında apteklərdən birinə dərman almaq üçün üz tutmalı olduq.

Həmişə 3-5 manat aralığında qiyməti olan antibioyikə nədənsə, bu dəfə 10.41 azn ödəməli olduq. Düzü özümüz də təccübləndik. Hələ əczaçıya da sual verdik. O da təəssüf hissi ilə bildirdi ki, ucuz olan dərmanları çox vaxt gömrükdən buraxmırlar ki, biraz baha qiyməti olan dərmanlar satılsın. Düzü heç rastlaşmadığımız hal olmadığı üçün bu fikirlərə inanadıq. Bundan əlavə əczaçı özünü o qədər nəzakətli, mərhəmətli, səmimi bir insan kimi təqdim etdi ki, dərmanı aldıqdan sonra heç çeki almaq ağlımızın ucundan belə keçmədi. Tələsə-tələsə evə gəlib dərmanı hazırlamağa başladım. Təsadüfən gözüm dərman qutusunun üzərindəki qiymətə sataşdı. Qutunun üzərində dərmanın əsl qiyməti (3manat 47 qəpik) yazılmışdı.

Qiyməti görsəm də sanki bu qədər ustalıqla oyuna gəldiyimi qəbul etmək istəmirdim. Bəlkə də əczaçı dərmanı 10.41 azn yox, 5.41-ə satsaydı həqiqətən də qiymət artımının üstünə atacaqdıq. Heç düşünməyəcəkdik ki, hansısa işbazın oyununa gəlmişik.

Düşdüyümüz tələni başa düşüb, heç tənbəllik etmədən, 3 qat baha qiymətə satılan dərmanı da əlimizə alıb yenidən həmin aptekə yollandıq. Əczaçı bizi görcək rəng alıb-verməyə başladı. “Dərmanı 3 qat baha satmısız” dedikdə isə heç özünü itirmədən, bir üzr belə istəmədən, tələsik pulumuzu geri ödədi. Sanki səsə salmasını istəmirdi.

Bu hadisə kimisi üçün adi görünə bilər, amma övladını yüksək temperatur içərisində evdə qoyub gələn valideynə 3 qat baha qiymətə dərman satmaq, onu ev-aptek yollarında qoymaq heç bir vicdana sığan hal deyil. Hadisə baş verən gündən bəri insanların necə bu qədər qəddarlaşa bildiyini düşünürəm. Həmin əczaçısı bu addımı atmağa vadar edən nə idi, maaşınının az olması, ya artıq tamah? Hər nə isə…

Onu da qeyd edim ki, bu halla tək biz yox, bir çox insanlar rastlaşıb. Gecə saatlarında yaxınları üçün dərman preparatları alan insanların həssas yönlərindən istifadə edərək, onları aldadırlar. Bir sözlə bir çox apteklərdə gündüz bir qiymət, axşam isə tamamilə başqa qiymət işə düşür.

Siz də bu cür halların qurbanı olmamaq, işbazların oyuna gəlməmək üçün alış-veriş zamanı mütləq çek tələb edin.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Pensiyasını almaq üçün cəsədi poçt şöbəsinə aparıblar
››› Rusiyada buzlu çaya girən qadın yoxa çıxdı - Video
››› NK karantin rejiminin dəyişməsi ilə bağlı qərarlar qəbul edib
››› Yanvarın 23-nə olan hava proqnozu
››› Yuxuda dəniz görmək nə vəd edir - Yuxuyozma
››› ABŞ-ın yeni hərbi yardımı Ukraynaya çatdırılıb
››› Sərnişin maska ​​taxmadığına görə, təyyarə yarı yoldan geri dönüb
Son xəbərlər
Bütün xəbərlər »