Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə qiymət artımına görə "çörək növbələri" yaranıb
Türkiyədə qiymət artımına görə "çörək növbələri" yaranıb

Türkiyədə davamlı qiymət artımına görə, uzun "çörək növbələri" yaranıb.

Bizimyol.info xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) Bələdiyyə sədri Əkrəm İmamoğlu İctimai Çörək sexləri qarşısındakı növbə ilə bağlı açıqlama verib.

Çörək sexlərində çörəyin qiymətinin üst-üstə artması ilə vətəndaşlar ucuz çörək üçün bələdiyyələrin İctimai Çörək köşklərinə üstünlük verirlər. Bununlada “Xalq çörək” köşklərinin qarşısında uzun növbələr yaranır.

“Bizim üçün sosial dəstək “alan əl verən əli görməz” əmridir. Biz özümüzü həmişə belə aparmışıq. Təəssüflər olsun ki, insanlarımız kasıblayıb, bu faktdır, amma ucuz və sağlam çörək almaq üçün “Xalq çörəyi” növbəsində gözləyən vətəndaşlarımızın görüntülərinin dərci məni qane etmir”, - deyə İBB rəhbəri Əkrəm İmamoğlu sosial şəbəkədə paylaşım edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »