Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sahibə Qafarova: “Səfər Mehdiyev zəng edərək dedi ki...
Sahibə Qafarova: “Səfər Mehdiyev zəng edərək dedi ki...

“Çox təəssüf ki, parlament layiq olmadığı haqsız təpkilərlə üzləşir. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin müsahibəsindən sonra da bu təpkilər artıb”.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Elşən Musayev parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Milli Məclis hər zaman bütün dövlət qurumlarına ehtiramla yanaşıb: “Sanki bu müsahibədə bir anlaşılmazlıq var. Bəlkə də Səfər Mehdiyevin çıxışı təhrif olunub. Buna aydınlıq gətirilməlidir”.

Milli Məclisin sədri Sahibə Qafarova isə bildirib ki, bu günlərdə Səfər Mehdiyevin bir neçə saytda müsahibəsi verilib: “Müsahibənin bir yerində deputatlar qanunsuz fəaliyyətdə ittiham edilib. Dünən Səfər müəllim mənə zəng edərək dedi ki, onun fikirləri təhrif olunub. Əslində, o, deputatları deyil, məmurları nəzərdə tutub”.(report)

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Son xəbərlər
Bütün xəbərlər »