Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bənzərsiz həyat tərzi ilə yox olmaq üzrə olan cəmiyyətin hekayəsi: Kafiristan
Bənzərsiz həyat tərzi ilə yox olmaq üzrə olan cəmiyyətin hekayəsi: Kafiristan

Hamımız bilirik ki, Yunanıstanda yunanlar, Bolqarıstanda bolqarlar, İtaliyada isə italyanlar yaşayır. Bəs Kafiristanda yaşayanlar? Belə yer varmı, doğrudanmı kafirdirlər? Niyə bu insanlara kafir deyirlər? Gəlin bütün bu suallara birlikdə cavab tapaq.

Kafiristan adlı yer bu gün də mövcuddur. Biz bunu Əfqanıstanın Nuristan əyaləti və Pakistanın Hayber əyalətinin sərhədləri daxilində müəyyən edə bilərik. Amma Kafiristanda yaşayanlara kafir deyil, Kalaş deyirlər.

Kafiristan adı Kalaşların yaşadığı bölgəyə aiddir. Bu adı, qonşu bölgələrdə üstünlük təşkil müsəlmanlar veriblər. Kafiristan hərfi mənada kafirlərin ölkəsi deməkdir. Kalaşın içkiyə olan düşkünlüyünə, qeyri-müsəlman inanclarına görə müsəlmanlar bu bölgəni Kafiristan adlandırıblar və zamanla bölgənin adı Kafiristan olaraq qalıb. Sonrakı dövrlərdə Dəmir Əmir kimi tanınan Əbdürrəhman Xanın dövründə bölgənin adı rəsmi olaraq Nuristan olaraq dəyişdirilsə də, bölgə hələ də Kafiristan kimi tanınır.

Kalaşlar haradan gəlib, hara gedirlər?

Kafiristanda yaşayan cəmiyyət Kalaş adlandığı kimi, onların inancına da Kalaş İnancı deyilir. Kalaş İnancı Şamanizm, Zərdüştlük və Hinduizm kimi inanclardan təsirlənsə də, bu inanclardan çox fərlidir. Bir sözlə, onların imanının ümumi prinsipi günəşə və təbiətə sitayiş etməkdir.

Kalaşın nəslinin son vaxtlara qədər Makedoniyalı İskəndərə aid olduğu düşünülürdü. Məhz bu səbəbdən bölgədə çoxlu araşdırmalar aparılıb. Xüsusilə yunan tədqiqatçılar bölgəyə çox ciddi araşdırma sərmayələri qoyublar. Son genetik araşdırmalarda Kalaşın Qafqaz əcdadından olduğu müəyyən edilmişdir. Şayiəyə görə, Kalaş xalqı Makedoniyalı İskəndərin Hindistan yürüşü zamanı indiki Kafiristan bölgəsinə köçmüş makedoniyalıların nəslindəndir.

Coğrafi cəhətdən çətin vadilərdə yaşayan Kalaşların adət-ənənələri bizdən xeyli uzaqdır. Ən diqqət çəkən ənənə dəfn mərasimində zinət əşyaları taxmaq və rəqs etməkləridir. Bundan əlavə olaraq, Kalaşların dəfn mərasimlərində cənazələr basdırılmır, yerdə açıq qalır. Kalaş inancına görə, bunun səbəbi odur ki, torpağa basdırılmış cəsəd, qiyamət günü yerdən qalxıb cənnətə gedə bilməyəcək. Mərhumun Qiyamət günü cənnətə asanlıqla çatması üçün mismar vurulmur və tabutlara torpaq atılmır, qəbiristanlıq ərazisində qalır. Dəfn mərasimlərində də toylarda olduğu kimi yas evinin üzvlərinə pul və zinət əşyaları bağlanır. Bu pullar dəfn mərasimində xərc kimi istifadə olunur.

Dəfn mərasimlərində isə coşğulu bir rəqs baş tutur. Bunun səbəbi mərhumun əbədi səadətə yola salınması inancıdır.

Kalaş inancında dörd fəslin hərbiri bir peyğəmbər olaraq görülür. Onlar da mərhəmət, sevinc, təəccüb kimi bəzi duyğuları peyğəmbər kimi qəbul edirlər. Hər fəsil üçün ayrıca namaz qılınır. Bu ibadətlərdən ən məşhuru Josi Mela adlı ibadətdir. Yazın ilk günlərində keçirilən bu dini mərasim, turistlərin üzünə açıq olan nadir mərasimlərdən biridir. Baharın gəlişi şərəfinə keçirilən Josi Mela mərasimində qurban kəsilir. Qadın üzləri qurbanın buynuzundan, yağından və qanından makiyaj edirlər.

Kalaş, dəqiq olmasa da, matriarxal cəmiyyətdir. Kişilərin evlənərkən həyat yoldaşı seçmək hüququ olduğu halda onların boşanmaq hüququ yoxdur. Boşanma hüququ yalnız qadınlara verilən hüquqdur.

Kalaş qadınları da gözəlliklərinə böyük əhəmiyyət verirlər. Adi bir gündə belə dəbli geyimlərə, iddialı makiyajlara və çoxlu zinət əşyalarına üstünlük verirlər.

Yaxın vaxtlara qədər bu ərazidə işıq yox idi. Rayonun elektrik enerjisinə olan tələbatı su dəyirmanları hesabına təmin edilirdisə, son vaxtlar rayona daxil olan dövlətin təsiri ilə elektrik enerjisinə və isti suya olan tələbat ödənilir. Bundan əlavə, Yunanıstanın mədəniyyət araşdırmaları sayəsində bölgədə müasir məktəblər açılmışdır. Eyni zamanda Kafiristanda mədəni degenerasiya da sürətlənib. Gənclər aldıqları təhsildən sonra universitet təhsili zəminində rayonu tərk edirlər.

Hətta kalaşlar, bölgəyə gələn infrastrukturlarla telefon, televizor və kompüterlərdən istifadə etməyə başlayıblar. Qadınlar müsəlman kişilərlə ailə qurur, uşaqlar müasir məktəblərdə oxuyurlar və ümumi olaraq İslamı qəbul edirlər. Kalaş adət-ənənələrinə görə, İslamı qəbul edən insanlar Kafiristanı tərk etməli olduğu üçün bölgənin əhalisi getdikcə azalır.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »