Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elmi tədqiqat: Pfizer/BioNTech peyvəndi Omicron-dan qoruyurmu...
Elmi tədqiqat: Pfizer/BioNTech peyvəndi Omicron-dan qoruyurmu...

İsraildəki Şeba Tibb Mərkəzi və İsrail Səhiyyə Nazirliyinin birgə tədqiqatında Omicron variantına qarşı 3 doza Pfizer/BioNTech peyvəndinin təsiri aşkarlanıb.

Bizimyol.info xəbər verir ki, alimlər peyvəndin üçüncü dozasının böyük ölçüdə Omicron variantından qorunma təmin etdiyini izah etsələr də, bu qorumanın Delta variantından daha az olduğunu vurğuladılar.

İsrail Səhiyyə Nazirliyi tərəfindən edilən açıqlamada, iki dozanın artıq təsirsiz olduğu, üç dozanın Pfizer/BioNTech peyvəndinin Omicron-a qarşı dörd qat daha az qorunma təmin etdiyi bildirilib.

Araşdırmada iki doza peyvənd alanlarla üç doza peyvənd alanların müqayisə edilib və araşdırmanı aparan alim Gili Regev-Yoçay açıqlaması zamanı bildirib ki, “ikinci dozanı 5 və ya 6 ay əvvəl qəbul edənlərin Omicron-a qarşı müqaviməti yoxdur, amma Deltaya qarşı bir az immunitetləri var."

Amma Regev-Yoçay açıqlamasında şad xəbər də verib. Alim bildirib ki, “Şad xəbər odur ki, peyvəndin üçüncü dozası immuniteti 100 dəfə artırır. Üçüncü doza ilə qorunma dərəcəsi nəzərəçarpacaq dərəcədə artır.

İsrail Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə Xidmətinin rəhbəri Dr. Sharon Alroy-Preis də açıqlamasında qeyd edib ki, iki doza peyvənd artıq təsirli deyil.

“Üçüncü doza ilə peyvənd olunanlar, yalnız ikinci doza ilə peyvənd olunanlara və təbii ki, peyvənd olunmayanlara nisbətən daha çox qorunur”.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »