Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qardaş qardaşı bıçaqlayıb
Qardaş qardaşı bıçaqlayıb

Kürdəmir rayonunda arasında yaranan mübahisə zamanı qardaş qardaşı bıçaqlayıb.

Bizimyol.info xəbər verir ki, hüquq-mühafizə orqanları tərəfindən verilən məlumata görə, hadisə dekabrın 13-də gecə saat 23 radələrində baş verib. Belə ki, aralarında yaranan mübahisə zəminində rayonun Təklə kənd sakini 31 yaşlı Şıxəliyev Cavanşir Rasim oğlu qardaşı 35 yaşlı Şıxəliyev Mübariz Rasim oğluna bir neçə bıçaq xəsarəti yetirib.

Ağır yaralanan Mübariz Şıxəliyev ətrafdakı insanların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Hazırda həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »