Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin hər il Asiya ölkələrinə 3 trilyon dollarlıq ziyan vurur
Çin hər il Asiya ölkələrinə 3 trilyon dollarlıq ziyan vurur

Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) daxil olan ölkələr Çinin siyasətindən narahat olduqlarını bildirirlər. Hazırda ABŞ bu dövlətlərlə daha dərin əlaqələr qurmaq niyyətindədir.

Bizimyol.info xəbər verir ki, Amerika Xarici İşlər Nazirliyinin saytının verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Cakartada çıxış edən ABŞ dövlət katibi Entoni Blinken bildirib.

"Şimal-şərqdən Cənub-Şərqi Asiyaya, Mekonq çayından Sakit Okean adalarına qədər Çinin aqressiv hərəkətləri ilə bağlı çoxlu narahatlıqlar var. Biz güclü və müstəqil ASEAN ilə tərəfdaşlığımızı gücləndirəcəyik", - deyə Blinken bildirib.

Blinken əlavə edib ki, ABŞ Dövlət Departamenti, “Pekinin aqressiv hərəkətləri hər il 3 trilyon dollar dəyərində malların sərbəst hərəkətini təhdid edən”, Cənubi Çin dənizində naviqasiya azadlığını təmin etmək niyyətindədir.

Bundan əlavə, ABŞ Yaponiya və Cənubi Koreya ilə üçtərəfli münasibətlərini gücləndirmək, həmçinin Avstraliya ilə təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.

Keçən həftə “Khmer Times” Kambocanın baş naziri Hun Senə istinadən yazıb ki, ASEAN və ABŞ gələn ilin fevralında sammit keçirə bilər. Assosiasiya 1967-ci ildə yaradılıb və bu gün Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tayland və Filippini birləşdirir.

Bizimyol.info

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Dünyanın ən bahalı evi hərraca çıxarılıb - Foto
››› Prezident İradə Gülməmmədovanı vəzifəsindən azad edib
Son xəbərlər
Bütün xəbərlər »