Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİN Fəvvarələr Meydanında aksiya keçirmək barədə çağırışlara münasibət bildirib
DİN Fəvvarələr Meydanında aksiya keçirmək barədə çağırışlara münasibət bildirib

Sosial şəbəkələrdə dekabrın 15-də saat 12:00-da paytaxtın Fəvvarələr Meydanında razılaşdırılmamış qanunsuz aksiya keçirmək barədə çağırışlar edilir.

Bizimyol.info-nun xəbərinə görə, məsələyə münasibət bildirən DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, belə çağırışlardan artıq xəbərdardırlar.

"Dekabrın 1-də olduğu kimi bu dəfə də ictimai asayişin qorunması məqsədilə müvafiq tədbirlər görüləcək. Bu zaman yarana biləcək hər hansı insidentin məsuliyyəti qeyd olunan aksiyanın təşkilatçılarının üzərinə düşəcək", deyə E.Zahidov bildirib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »