Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Heydər Əliyev Zəngəzur barədə: "Orada erməni adında bir adam da yaşamayıb" - Video
Heydər Əliyev Zəngəzur barədə: "Orada erməni adında bir adam da yaşamayıb" - Video

Azərbaycanın qədim torpağı olan Zəngəzur ətrafında müzakirələr getdikcə aktivləşir. Buna səbəb isə, 44 günlük müharibədən sonra yaranmış reallıqlar fonunda qalib Azərbaycanın təşəbbüsü ilə hazırda Azərbaycanın nəzarətində olan Qərbi Zəngəzur ərazisindən Zəngəzur dəhlizinin çəkilməsi prespektividir. Paşinyan hakimiyyəti bu ərazilərin tarixən Ermənistana məxsus olduğunu bəyan edərək dəhlizin açılışı hesabına Ermənistanın öz ərazisinin bir hissəsi üzərində yurististikasını itirəcəyi haqqında dezinformasiyalar yayır.

Ümummilli Lider Heydər Əliyev öz çıxışlarında deyirdi ki, XX əsrin 20-ci illərində Sovet hakimiyyəti yeni qurulan zaman Azərbaycana qarşı ədalətsizlik edilib. Zəngəzur mahalı və Zəngəzurun Araz sahilindəki Mehri rayonu da Ermənistana verildi.

“Məsələn, məlumdur ki, Mehri rayonunda böyük bir Nüvədi kəndi var. O, çoxminlik əhalisi olan bir kənddir, sırf azərbaycanlı kəndidir. Nüvədi Arazın sahilində Naxçıvanla Azərbaycanın böyük torpağını ayıran, indi Ermənistanın olan Mehri rayonunda, həmin məsafənin düz ortasında yerləşir. Həmin Nüvədi kəndi də 1929-cu ildə Azərbaycanın tərkibindən qoparılaraq Ermənistana verilibdir. Amma Nüvədi tamamilə Azərbaycan kəndi və qədim, çox böyük ənənələrə malik olan bir kənddir. Onu da deyə bilərəm ki, həmin Nüvədi kəndinin əhalisi çox dəyanətli insanlardır. Mənim xatirimdədir, hətta Ermənistanın ərazisindən azərbaycanlıların əksəriyyəti çıxarıldığı halda, 1991-ci ildə onlar Nüvədidən çıxmırdılar. Sonradan onları oradan zorla çıxarıb Zəngilandakı Vejnəli kəndinin yanına gətirdilər. Orada çadırlarda yaşayırdılar. Onlar doğma kəndlərindən çıxmırdılar, mübarizə aparırdılar. Onları oradan çıxara da bilmirdilər. Sonradan bir neçə dəfə Naxçıvana mənim yanıma gəldilər, imdad istədilər. Amma mən özüm Naxçıvanı çox çətinliklə qoruyurdum, onlara nə edə bilərdim? Buna baxmayaraq, onda bizim imkanımız var idi, Zəngilan rayonunun Vejnəli kəndinin yanında yerləşən çadırlara, nüvədililərin yanına vertolyot vasitəsilə bir neçə dəfə nümayəndələr göndərdim. Biz oraya müəyyən yardım göndərdik, onlarla əlaqə saxlayırdıq” - deyə Heydər Əliyev bildirirmiş.

Tarixi faktlar göstərir ki, XVIII əsrdə Zəngəzur mahalının böyük hissəsi Qarabağ xanlığı, bir hissəsi Naxçıvan və İrəvan xanlığı tərkibində, çar Rusiyası dövründə isə, Gəncə yəni Yelizavetpol quberniyasının tərkibində olub. 1800-cü ilin əvvəllərinə qədər Zəngəzurda  .

AzTv-nin mövzuyla bağlı hazırladığı süjeti təqdim edirik:

Bizimyol.info

Paylaş »
››› Ailə qurarkən bədən qoxusunun önəmi: "Bu, sizə gülməli gələ bilər, amma reallıqdır"
››› Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› ÜST: "Omicron Avropada pandemiyaya son qoya bilər"
Son xəbərlər
Bütün xəbərlər »