Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
OPEC qlobal iqtisadiyyat üzrə proqnozunu pisləşdirib
OPEC qlobal iqtisadiyyat üzrə proqnozunu pisləşdirib

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) qlobal iqtisadiyyat üzrə artım proqnozunu 5,6%-dən 5,5%-dək endirib.

"APA-Economics"in OPEC-in son aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2022-ci il üzrə artım proqnozu dəyişilməz olaraq saxlanılıb – 4,2%.

ABŞ iqtisadiyyatının bu il 5,5%, 2022-ci ildə isə 4,1% böyüyəcəyi proqnozlaşdırılır. Avrozonada isə ÜDM artımının bu il 5,1%, 2022-ci ildə 3,9% təşkil edəcəyi gözlənilir. ABŞ və Avrozona üzrə proqnozlar ötən aylıq hesabat ilə müqayisədə dəyişilməz olaraq saxlanılıb.

Qeyd edək ki, OPEC Çin iqtisadiyyatının artımı üzrə proqnozunu yaxşılaşdıraraq bu il üçün gözləntilərini 8%-dən 8,3%-ə qədər, 2022-ci il üçün isə proqnozlarını 5,6%-dən 5,8%-ə yüksəldib. Rusiya ÜDM-in isə proqnozu dəyişilməz olaraq saxlanılıb – bu il 4%-lik, gələn il isə 2,7%-lik artım vəd edilir.

OPEC qeyd edir ki, qlobal iqtisadiyyatda hazırda müşahidə olunan güclü artımının əsas risklərini COVID-19-un yeni Omicron ştamı, vaksinasiya templəri və təchizat zəncirləri ilə bağlı qeyri-müəyyənliklər təşkil edir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »