Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanı Ukraynaya hücumdan çəkindirmək üçün yeni sanksiyalar hazırlanıb
Rusiyanı Ukraynaya hücumdan çəkindirmək üçün yeni sanksiyalar hazırlanıb

Avropa İttifaqı ABŞ və Böyük Britaniya ilə Rusiyaya qarşı yeniu sanksiyalarla bağlı müzakirələr aparır. Bu barədə “Resuters”ə Avropa İttifaqındakı mənbə məlumat verib.

Bizimyol.info xəbər verir ki, sanksiyaların məqsədi Rusiyanı Ukraynanın ərazi bütövlüyünü təhdid edən aqressiv addımlardan çəkindirməkdir.

Mənbə bildirib ki, müzakirə predmeti olan sanksiyalara Avropa ölkələrinə girişlə bağlı hazırda qüvvədə olan məhdudiyyətlərin gücləndirilməsi, həmçinin aktivlərin dondurulması kimi addımlar daxildir.

Variantlar arasında “Şimal axını-2” layihəsinə qarşı sanksiyalar, müdafiə və enerji müqavilələrinin ləğvi də var. Əgər Rusiya Ukraynanın ərazisinə müdaxiləyə cəhd göstərərsə, bu variantlar nəzərdən keçirilə bilər.

“İstənilən halda, biz açıq şəkildə mesaj verəcəyik ki, Ukraynaya qarşı istənilən təcavüzkar addım Rusiyaya baha başa gələcək. Biz ABŞ və Böyük Britaniya ilə mümkün sanksiyaların nədən ibarət olacağını, nə vaxt və necə tətbiq ediləcəyini müzakirə edirik”, - Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib.

Bundan öncə məlumat yayılmışdı ki, ABŞ da Rusiyanın Ukraynaya hücumunun qarşısını almaq üçün sərt saknsiyaları gözdən keçirir. Bunu Birləşmiş Ştatların prezidenti Co Bayden dekabrın 7-də rusiyalı həmkarı Vladimir Putinlə görüşdə də dilə gətirib.

Göründüyü kimi, artıq Avropa da bu məsələdə ABŞ-la qüvvələri birləşdirir.

Oktyabrın sonundan başlayaraq, Rusiya öz qoşunlarını Ukrayna ilə sərhədlərə doğru çəkir. Rusiya hökuməti iddia edir ki, bu addımının məqsədi NATO-nun sərhədlərinin genişlənməsi təhlükəsinə qarşı hazırlıqlı olmaqdır. Rusiya Ukrayna ərazilərini işğal planları haqda deyilənləri inkar edir.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »