Son zamanlar Rusiya ilə Ukrayna arasında gərginliyin artdığı bir vaxtda, ABŞ və NATO hərbi variantların masada olduğunu açıqlayıb.
Bizimyol.info xəbər verir ki, bu gün bu açıqlamalara Rusiyadan cavab gəlib. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin Rusiyanın RİA Novosti agentliyinə deyib ki, “ABŞ və NATO Rusiyaya regionun təhlükəsizliyinə zəmanət verməsə, bu, ciddi münaqişəyə gətirib çıxara bilər. Bir-birimizlə üz-üzə gələ bilərik. Bu məsələdə irəliləyiş olmasa, Rusiya hərbi yolla cavab verə bilər”.
Qeyd edək ki, dünyanın ən varlı ölkələri sırasına daxil olan ABŞ, İngiltərə, Almaniya, Fransa, Yaponiya, İtaliya və Kanadanın xarici işlər nazirlərinin Liverpulda keçirilən toplantısında bildirilib ki, Rusiya Ukraynaya hücum edərsə, “ciddi nəticələr” olacaq. G7 ölkələri həmçinin “Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə sadiqliklərini” bir daha təsdiqlədiklərini açıqladıyıblar.
Leyla, Bizimyol.info