Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko yeni sanksiyalara görə Avropanı hədələyib
Lukaşenko yeni sanksiyalara  görə Avropanı hədələyib

"Qərbin yeni sanksiyaları ölkəni fövqəladə vəziyyətə salacağı təqdirdə Belarus Avropaya qaz tranzitini kəsə bilər".

Bizimyol.info xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Türkiyənin TRT teleradio şirkətinə müsahibəsində deyib.

"Əgər onların tətbiq etdikləri sanksiyalar bizi fövqəladə vəziyyətə salarsa və onların sanksiyalarına başqa tədbirlərlə cavab vermək üçün çıxış yolumuz olmayacaqsa, biz bu sərt tədbirdən istifadə edəcəyik", -deyə prezident bildirib.

Noyabrın 11-də Lukaşenko ölkə hökuməti ilə görüşdə Avropa İttifaqını sanksiyaların genişləndiriləcəyi təqdirdə Yamal-Avropa transmilli qaz kəməri ilə Avropaya qaz tranzitini kəsməklə hədələyib. Daha sonra Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenkonun Avropaya Rusiya qazının tranzitini dayandırmağa hazır olması ilə bağlı sərt cavablarını başa düşür. Lakin o, bunun heç bir nəticə verməyəcəyini, Rusiyanın Aİ qarşısında öhdəliklərinin yerinə yetirilməsində çətin vəziyyətə yarada biləcəyini bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »