Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu, təkcə Azərbaycana qarşı deyil, beynəlxalq hüquqa qarşı atılmış addımdır”
"Bu, təkcə Azərbaycana qarşı deyil, beynəlxalq hüquqa qarşı atılmış addımdır”

Bu günə qədər işğaldan azad edilmiş ərazilərdə minaya düşən 7 hərbi qulluqçu və 29 mülki şəxs həlak olub. Baş Prokurorluğun məlumatına görə, 109 hərbi qulluqçu və 44 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ermənistan 30 ildən çoxdur ki, işğal altında saxladığı ərazilərin mina xəritələrini verməkdən birbaşa boyun qaçırmasa da, təqdim edilən xəritələrin dügzünlük payı 25 faizdən çox deyil.

Mütəxəssislərə görə, Ermənistan tərəfinin təqdim etdiyi mina xəritələri yenə də şübhəlidir. Çünki birinci dəfə də Ermənistanın verdiyi xəritələr dügzün deyildi. Yeni verilən formulyarlarda da qeyri-düzgünlük var. Xəritələrdə minaların çeşidi, minalanmış ərazilərdə minalar arasındakı məsafələr və s. düzgün şəkildə qeyd edilməlidir. Ermənistan məsuliyyətdən boyun qaçırmaq üçün bütün minalnmış ərazilərin xəritələrini desə də, bu həqiqəti əks etdirmir. Mütəxəssislər hesab edir ki, ermənilər minaları basdıran zaman özləri də bəlkə formulyarlar tərtib etməyiblər. Kəlbəcər Laçın və Ağdam ərazilərində insanların gedə biləcəyi hər yerə mina basdırılıb. Bu minaların xəritələrini təqdim etmək bir qədər sual altındadır.

Politoloq Tural İsmayılov Bizimyol.info saytına açıqlamasında bildirib ki, BMT və Minalar əleyhinə beynəlxalq konvensiyalara nəzarət edən qurumlar bu günə qədər Ermənsitan tərəfindn ölkəmizə və xalqımıza qarşı keçirilən mina terroruna səs çıxartmayıblar. Beynəlxalq aləmdən saxta mina xəritələri ilə bağlı ciddi təzyiqlər və reaksiyalar yoxdur: “Beynəxalq təşkilatların minalarla bağlı ortada olan müddəaları var ikən Ermənistanın bu müddəaları, təkcə Azərbaycana qarşı deyil, beynəlxalq hüquqa və xəritələrin qaytarılmasında fəallıq göstərmiş təşkilatlara, dövlətlərə qarşı atılmış addımdır”.

Xatırladaq ki, ötən ilin noyabrından bu günə qədər 20 min hektara yaxın ərazi minadan təmizlənib. Mina ilə daha çox Füzuli, Ağdam rayonları, Tərtərin işğaldan azad olunan kəndləri və keçmiş təmas boyu yerləşən ərazilərdir.

Qeyd edək ki, ərazisinin mina ilə çirklənməsinə görə, Azərbaycan dünyada ilk üçlükdə yer alıb. Mütəxəssislərin fikrincə, Ermənistan işğal dövründə Azərbaycan ərazilərinə ikiqat minalar, tələ məftillərindən istifadə edərək minalar yerləşdirib və minaların altına müxtəıif partlayıcı vasitələr qoyublar.

BMT-nin hesabatına görə, bu gün dünyada 7  ölkədə 100-120 milyon mina basdırılıb. Və hər gün dünyada 70 nəfər minaya düşür. Minalardan zərər çəkən hər 3 nəfərdən biri isə uşaqlar olur.

Mütəxəssislər həmçinin qeyd edir ki, işağldan azad edilən ərazilərin bütünlüklə minalardan təmizlənməsi ən az 10 ilə başa gələcək. Nəzərə almaq lazımdır ki, həmin ərazilər 30 il işğal altında olub. Düşmən, ərazilərin ona aid olmadığını və bir gün sahibinə çatacağını bildiyi üçün həmin ərazilərdə hərbi istehkamlar qurub, əraziləri minalayıb. Buna görə də, mülki vətəndaşlar diqqətli olmalı və icazə verilməyən minalanmış ərazilərə getməməlidir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »