Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yüksək miqdarda lif qəbulu qarın yağlarının əriməsinə yardım edir"
"Yüksək miqdarda lif qəbulu qarın yağlarının əriməsinə yardım edir"

Lifli qidalar tərkibində yüksək miqdarda lif olduğu üçün bağırsaq sağlamlığını gücləndirir və ümumi sağlamlığa təsir edir.

  • Bəs lif nədir?
  • Tərkibində ən çox lif olan qidalar hansılardır?
  • Qidalanma zamanı yetərli qədər lifli qidalar qəbul etmək, sağlam qidalanmanın tərkib hissəsidir. Bəs insan orqanizmi üçün lif niyə bu qədər önəmlidir?

Lif, bitki tərkibli qidaların həzmedilməsi mümkün olmayan və həzm sistemindən keçərkən suyu absorbsiya edən hissələridir. Lif; bədənin tam olaraq həzm etmədiyi bitkilər, meyvələr və tərəvəzlərdir. Pəhriz lifləri arasında selüloz kimi nişasta olmayan liflərlə yanaşı; inulin, dekstrin, şam, pektin, betaglukan və s. liflər var.

Dietoloq Samir Quliyevin sözlərinə görə, bədənin parçaladığı və əmdiyi yağlar, proteinlər və ya karbohidratlar kimi qida birləşmələrinin əksinə lif bədən tərəfindən həzm edilməz. Bunun əvəzinə mədədən, incə bağırsaqdan keçərək bədəndən çıxar.

“Lifli qidala, yemək bağırsaq sisteminin doğru formada işləməsini təmin edər və daim ideal çəkinizi qoruyub saxlamış olarsınız. Yüksək miqdarda lif qəbulu qarın yağlarının əriməsinə yardım edir. Lifli qidalar, bağırsaqların hərəkətlərini normallaşdırır və yumşaldır. Qəbizliyi azaldır. Lifli qidalar, xolesterol səviyyəsini azaldır. Lobya, yulaf, kətan toxumu və yulaf kəpəyi xolesterolu azaldır. Araşdırmalar sübut edir ki, yüksək lifli qidalar qan təzyiqini və iltihabı azaltmaqla ürək xəstəliklərinin azalmasına da yardım edir”.

Həkim qeyd edir ki, lifli qidalar qəbul edildiyi vaxt uzun müddət toxluq hissi olur. Yüksək lifli qidalar daha uzun yaşamağa yol göstərir. Eyni zamanda xərçəng riksini də azaldır.

Gün ərzində nə qədər lifli qida yeyilməlidir?

  • Kişilər gün ərzində 38 qram, qadınlar 25 qram lif qəbul etməlidir.
  • 1-3 yaşlı uşaqlar gündə 19 qram, 4-8 yaşlı uşaqlar 25 qram lifli qida qəbul etməlidir.
  • 50 yaşdan sonra kişi və qadınların lif ehtiyacı azalır. Kişilərə gündə 30, qadınlara gündə 21 qram bəs edir.

Hansı qidalarda nə qədər lif var?

  • 1 almada - 6 qram lif
  • 1-2 kartof - 5-10 qram lif
  • 1 dilim taxıl çörəyi - 5 qram lif
  • 1 ovuc badam - 5 qram lif
  • yarım stəkan lobya - 9,5 qram lif

Bu qidaları gün ərzində qəbul etsəniz gündəlik lif ehtiyacınızı ödəmiş olarsınız.

Lifli qidalar:

  • 100 qram avokado – 10 qram
  • 100 qram böyürtkən – 5 qram
  • 100 qram nar – 4 qram
  • 100 qram xurma – 4 qram
  • 100 qram armud – 3 qram
  • 100 qram kivi – 3 qram
  • 100 qram portağal və çiyələk - 2 qram lifə malikdir.
  • 100 qram qayısı, alma və bananın tərkibində 2 qram lif var.

Bununla yanaşı; qırmızı kələmdə 4 qram, balqabaqda 3 qram, brokolidə 3 qram, yerkökündə 3 qram, çuğundurda 3 qram, kələmdə 3 qram, badımcanda 3 qram, kahıda 2 qram, ispanaqda 2 qram və pomidorda 1 qram lif var.

100 qram; balqabaq tumunda 18 qram, Hindistan qozunda 16 qram, badamda 13 qram, fıstıqda 11 qram, fındıqda 10 qram, qozda 10 qram, günəbaxan tumunda 9 qram, yer fıstığında 8 qram və şabalıdda 5 qram lif var.

Arıqlamaq istəyirsinizsə, qida rasionunuzda lifli qidalara daha çox yer verin.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »