Bu gün səhər Moskva şəhərindəki Serpuxov monastırındakı partlayışda xəsarət alanların sayı 12 nəfərə çatıb.
Bizimyol.info xəbər verir ki, bu barədə TASS fövqəladə hallar xidmətindəki mənbəyə istinadən məlumat verib.
“Zərərçəkənlərin sayı 12 nəfərə çatıb, onların hamısı yeniyetmədir. Onlardan biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun 15 yaşı var”, - deyə məlumatda deyilir.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Serpuxov monastırında baş vermiş partlayış nəticəsində zərərçəkənlərin vəziyyəti barədə məlumat verib.
Monastırda partlayış dekabrın 13-də səhər saatlarında baş verib. KİV-in məlumatına görə, bunu monastırın keçmiş şagirdi Vladislav Strujenkov şəxsi münaqişə zəminində təşkil edib. Hüquq-mühafizə orqanlarından əldə edilən məlumata görə, partlayışı törədənin digər şagird və müəllimlərlə münaqişəsi olub. Hadisənin törədilmə səbəbini müstəntiqlər müəyyənləşdirir.
Strujenkov əldəqayırma partlayıcı qurğunu işə salıb. Partlayış nəticəsində pravoslav gimnaziyasında təhsil alan uşaqlar xəsarət alıb. Strujenkov isə hadisə yerində qan itkisindən ölüb.
Bizimyol.info