"Rusiyanın Ukraynaya hücumu indiki sivil dünyanın sonu ola bilər. Müharibə beynəlxalq qaydalar olmadan yeni bir dövr yaradacaq".
Bizimyol.info xəbər verir ki, bunu müdafiə naziri Aleksey Reznikov “Financial Times”a bölgədəki gərginliyi şərh edərkən bildirib.
O qeyd edib ki, Ukrayna ilə sərhədə yaxın ərazilərdə 100 mindən çox rusiyalı hərbçi var. Eyni zamanda, Reznikov rusların təxminən 175 min nəfər üçün səyyar düşərgələr qurduqlarına diqqət çəkib. “Çoxlu tabutlar Rusiyaya qayıdacaq”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, müharibə həm Ukrayna, həm də Avropa üçün ağır olacaq, çünki milyonlarla ukraynalı Avropa İttifaqına "qaçacaq".
Müdafiə naziri taxılın Avropaya ixracına təhlükə yarana biləcəyini də xatırladıb.
Bizimyol.info