Bürclərimizin iştahımıza da təsiri olduğunu bilirdinizmi? Bəzi bürclər var ki, həmin bürc altında doğulanlar qidalanmasına görə, müxtəlif bədən quruluşuna malik olur.
Bəs hansı bürcün daha çox çəki aldığınızı bilirsinizmi? Çoxlarının şokolada və xəmir yeməklərinə marağı olur. Hər bürcün sevdiyi qidalar, yəni qısacası onları kökəldən qidalar var. Hansı bürc, hansı yeməyi sevir?
Qoç bürcü
Hərəkətli Qoç bürcü, yeməyi də çox sürətli yeyər. Pəhrizlərini pozmaq istədikləri zaman yağlı və kalorili qidalara üstünlük verirlər.
Buğa bürcü
Buğa bürcü, tez çəki alan və gec arıqlayan bürcdür. Çörəyə əsla Yox deyə bilməyən Buğalar elə buna görə də çox kökəlirlər.
Əkizlər bürcü
Əkizlər bürcü altında doğulanlar, şokoladlı şirniyyatlara əsla "yox" deyə bilmirlər. Buna görə də, bəzən normadan çox yeyib tez kökəlirlər.
Xərçəng bürcü
Xərçəng bürcü altında doğulanlar, dondurma və südlü şirniyyatlardan uzaq qala bilmirlər.
Şir bürcü
Şir bürcü altında doğulanlar isə, “fast food” insanı olurlar. Qızartmalar, sosiskalı sendviçlər, Şirlərin ən çox sevdiyi yeməklərdir.
Qız bürcü
Kabab və dürümlər, Qız bürcünün olmazsa olmazıdır.
Tərəzi bürcü
Tərəzi bürcü altında doğulanlar, kartof və pendiri çox sevirlər. Tərəzilər, elə buna görə çox çəki alırlar.
Əqrəb bürcü
Əqrəb bürcü altında doğulanlar, pizza və hamburqerin dəlisi olur. Əqrəblər pizza və hamburqerə görə, pəhrizlərini poza bilərlər.
Oxatan bürcü
Oxatan bürcü altında doğulanlar makaronu çox sevirlər. Buna görə də, sürətli kökəlirlər.
Oğlaq bürcü
Oğlaq bürcü altında doğulanlar biskivit, peçenye, keks və digər şirniyyatların dəlisi olur.
Dolça bürcü
Dolça bürcü altında doğulanlar, kabab və hazır qidaları çox sevir. Buna görə, onların qarşısında hər zaman hazır qidalar var. Kök olmalarının səbəbi də, bu qidalardan uzaq qala bilməmələridir.
Balıq bürcü
Balıq bürcü altında doğulanlar, daha çox xəmir yeməklərini sevərlər. Eyni zamanda hazır şirniyyatlar da, Balıqların sevdikləri qidalardandır.
Bəs hansı bürc daha çox çəki alır?
- Ən çox çəki alan bürclər siyahısında, Buğa bürcü birinci yerdədir. Yemək yeməyi sevən Buğaların arıqlaması üçün bol kalorili yeməklərdən uzaq durması vacibdir.
- Ən çox çəki alan bürclər siyahısında, Qız ikinci yerdədir. Çörək, şokolad və şirniyyata olan sevgi Qızı kökəldir. Bu yeməklərlə arasında məsafə qoysa, əvvəlki kimi gözəl ola bilərlər.
- Siyahıda 3-cü yerdə, Tərəzi bürcüdür. Bunun səbəbi isə onlarda metobolizmin zəif işləməsidir. Tərəzilər mütəmadi kökəlib arıqlayırlar və çəkilərini sabit saxlaya bilmirlər.
Sürətli və nizamsız kökəlmək istəmirsinizsə, ən sevdiyiniz qidalardan uzaqlaşın…
İlahin, Bizimyol.info