Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda dönərdən zəhərlənənlər xəstəxanaya yerləşdiriliblər
Bakıda dönərdən zəhərlənənlər xəstəxanaya yerləşdiriliblər

Paytaxtda dönərdən kütləvi zəhərlənmə hadisəsi baş verib.

Bizimyol.info xəbər verir ki, bu barədə mətbuata Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib.

E.Hidayətoğlu zəhərlənənlərin Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirildiyini bildirib.

"Səhər saatlarında 8 nəfər zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti orta ağırdır. Zəhərlənənlərdən biri 16 yaşlı yeniyetmədir. Zəhərlənmə hadisəsi paytaxtın Nəsimi rayonu, "28 Mall" Ticarət Mərkəzinin qarşısındakı dönər evində baş verib. Zəhərlənən şəxslər bir ailənin üzvləri deyil, ayrı-ayrı şəxslərdir. Həmin şəxslər müxtəlif saatlarda obyektdən dönər alıb", - məlumatda deyilir.

Son xəbərlər
Bütün xəbərlər »