Çinin Şandun əyaləti sahillərində yük gəmisinin batması nəticəsində 9 ekipaj üzvü həyatını itirib, itkin düşən 2 ekipajın axtarışları davam edir.
Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Tianfeng 369" yük gəmisi Çinin şərqindəki Şandun əyalətindəki Yantay şəhəri sahillərində batıb. Təyyarədə 14 ekipaj üzvünün olduğu, ekipajdan 9-nun öldüyü, 2-nin itkin düşdüyü, 3-nün isə xiasedicilər tərəfindən qurtarıldığı bildirilib.
Çin Nəqliyyat Nazirliyinin Beihai Xilasetmə Bürosundan verilən açıqlamada qəza ilə bağlı yerli vaxtla saat 04:43-də bildiriş aldıqları, daha sonra xilasetmə helikopteri və xilasedici gəminin bölgəyə göndərildiyi bildirilib.
Açıqlamada itkin düşən 2 ekipaj üzvünün axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.
Bizimyol.info