Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
XİN: Rusiya ABŞ-la münasibətlərdə irəliləyiş görmür
XİN: Rusiya ABŞ-la münasibətlərdə irəliləyiş görmür

"Moskva ABŞ-la münasibətlərdə müsbətə doğru irəliləyiş görmür".

Bizimyol.info xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “İzvestiya”ya deyib.

Diplomat vurğulayıb ki, anti-Rusiya siyasəti yürüdən Vaşinqtonla münasibətlərin yaxşılaşmasını hələlik proqnozlaşdırmaq çətindir.

“Birtərəfli neqativ proqnozlar var, lakin münasibətlərin yaxşılaşdırılması üçün bəzi perspektivlər baxımından hər şey tamamilə gözlənilməzdir. Problemlər dünən başlamayıb. Bunlar, bütövlükdə ABŞ-ın Rusiyanı beynəlxalq həyatda müstəqil mühüm amil kimi inkar etmək, bir sıra məsələlərə, o cümlədən bizim öz dövlətimizdə necə yaşamalı olduğumuza dair öz yanaşmalarını bizə sırımağa çalışmaq istəyi ilə bağlıdır. Bütün bunlar, əlbəttə ki, bizə münasibətləri düzəltmək perspektivinin olduğunu söyləməyə imkan vermir - ən azı indiki mərhələdə mən nikbin proqnozlar verməyə risk etməzdim”, - deyə Ryabkov bildirib.

Eyni zamanda, o, beynəlxalq təhlükəsizlik sahəsində bir sıra məsələlərdən başqa, ABŞ-la münasibətlərdə irəliləyişin müşahidə olunmadığını diqqətə çatdırıb.

“Əlbəttə ki, mühüm və beynəlxalq təhlükəsizliyin əsas aspektlərini təşkil edən sahələrdə bir neçə strukturlaşdırılmış dialoqun başlanması istisna olmaqla – mən strateji sabitliyi və İKT təhlükəsizliyini nəzərdə tuturam – biz heç bir irəliləyiş görmürük”, - Ryabkov deyib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »