Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski qalmaqala girən nazir müavini ilə bağlı açıqlama verib
Zelenski qalmaqala girən nazir müavini ilə bağlı açıqlama verib

Ukrayna prezidenti Vladimir Zelenski daxili işlər naziri Denis Monastırskidən və Nazirlər Kabinetindən qalmaqala səbəb olan departament rəhbərinin müavini Aleksandr Qoqilaşvilinin işdən çıxarılması məsələsinə baxmağı xahiş edib.

APA bildirir ki, bu barədə Prezident bazar günü Telegram kanalında yazıb.

O yazıb ki, daxili işlər nazirinin müavini Aleksandr Qoqilaşvili ilə bağlı insidentə yalnız bir reaksiya ola bilər:

“Daxili işlər nazirindən və Nazirlər Kabinetindən daxili işlər nazirinin müavininin vəzifəsindən azad edilməsi məsələsinə baxılmasını xahiş edirəm. Əminəm ki, müvafiq bəyanatı artıq nazir müavini özü yazıb”.

Qeyd edək ki, Qoqilaşvilinin adı Donetsk vilayətindəki nəzarət-buraxılış məntəqəsindəki qalmaqalda hallanır. Bundan əvvəl “Ostannya Kraplya” “Youtube” kanalında Qoqilaşviliyə bənzər bir adamla çəkilmiş video yayımlanmışdı.

Videonun altındakı yazıda müəlliflər iddia edirlər ki, Donetsk vilayətinin girişində məmur polis əməkdaşının tələblərini yerinə yetirməkdən imtina edib və dərhal keçid məntəqəsində dayanmayıb.

Dayanacaqdan sonra həmin şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları ilə mübahisə edib ki, onu görmədən tanısınlar. Həmçinin videonun müəllifləri məmurun hədə-qorxu gələrək əlbəyaxa davaya girməsini də yazıblar.

Paylaş »
››› Rusiyada dollar satışını dayandırıblar
››› Rubl ağır günlərini yaşayır: Azərbaycana hansı təsirləri olacaq?
››› "Mən bu şeiri sənin harana yazım" - Bakı Nəqliyyat Agentliyi milli fəlakətə çevrilib
››› Dünya bazarında Azərbaycan nefti bahalaşır: Halımıza nə təsiri olacaq?
››› Almaniyada qalıb yaşamaq istəyənlər necə davranmalıdır
››› "Ölüm yolu": İnsanların həyatına qənim kəsilən yolda niyə tədbir görülmür...
››› Qardaş ölkədə “çörək imtahanı”
Son xəbərlər
Bütün xəbərlər »