Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polşa Avropa İttifaqını büdcəyə ödəniş etməyəcəyi ilə hədələyib
Polşa Avropa İttifaqını büdcəyə ödəniş etməyəcəyi ilə hədələyib

Polşanın ədliyyə naziri Zbiqnev Zebro bildirib ki, əgər Brüssel subsidiyaları azaldarsa, respublikanın Avropa İttifaqının büdcəsinə ödənişi dayandıracağı istisna deyil.

APA bildirir ki, nazir bu barədə “Financial Times”-a bildirib.

Zbiqnev Zebro bu barədə belə deyir:

“Polşa yekdil qərar tələb edən bütün məsələlərdə Aİ-nin şantajına veto ilə cavab verməlidir. Mübahisə davam edərsə, təşkilatın büdcəsinə ödənişlərin dayandırılmasını tələb edəcəm”.

Ədliyyə Nazirliyinin rəhbəri həmçinin ölkənin iqlim və enerji proqramlarında iştirakına yenidən baxılmasını təklif edib.

Onun fikrincə, Avropa İttifaqı Varşava üçün reallaşdırılmayan şərtlər irəli sürür. Bundan əlavə, Zebro Avropa rəhbərliyini Polşa hökumətini dəyişməyə cəhddə ittiham edib:

“Onların polyaklara açıq mesajı var: əgər indiki hökuməti dəstəkləsəniz, vəsait almayacaqsınız. Onlar qanunun aliliyinə əhəmiyyət vermirlər".

Paylaş »
››› Ailə qurarkən bədən qoxusunun önəmi: "Bu, sizə gülməli gələ bilər, amma reallıqdır"
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
Son xəbərlər
Bütün xəbərlər »