Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni dünya nizamı və Cənubi Qafqaz: Azərbaycan öz yerini tuta biləcəkmi?
Yeni dünya nizamı və Cənubi Qafqaz: Azərbaycan öz yerini tuta biləcəkmi?

Politoloq Cümşüd Nuriyev: "Azərbaycan və onu dəstəkləyən qüvvələr, Qafqazın yeni nizam xəritəsini çəkməklə məşğuldurlar"

"Artıq dünyada yeni nizam formalaşmaqdadır. Əgər Ermənistan da bu nizamın içində olmaq istəyirsə, qonşu ölkələrlə münasibətlərini düzəltməlidir"

Bu sözləri Bizimyol.info saytına açıqlayan politoloq Cümşüd Nuriyev bildirdi ki, bunun hesabına da "3+3" platformasında öz yerini tapa bilər: "Əks təqdirdə, "3+1" "4+1" olsa, yəni Rusiya da platformaya qoşulsa, Ermənistan heç bir iş görə bilməyəcək. Gürcüstan isə, Rusiya ilə ərazi bütövlüyü məsələsinə görə hələlik bu platformaya qoşulmaq istəmir ki, bu da onun problemidir. Ən azından Qaradəniz vasitəsilə dünyaya çıxış əldə edə bilir. Azərbaycanla da münasibətləri yaxşı olduğu üçün bir-birlərinin ərazisindən tranzit kimi istifadə edirlər".

Cümşüd Nuriyev Cümşüd Nuriyev

Azərbaycanın artıq yeni dünya nizamının formalaşmasında iştirak etdiyini deyən müsahibimiz, 44 günlük Vətən müharibəsindən sonra Qafqazda qüvvələr nisbətinin dəyişdiyini diqqətə çatdırdı:

"Əgər əvvəllər Ermənistan və onu dəstəkləyən dövlətlərin gücü vardısa, indi Azərbaycan və onu dəstəkləyən qüvvələr Qafqazın yeni nizam xəritəsini çəkməklə məşğuldurlar. Qafqaz hazırda Rusiyanın təsiri altında olsa da, regionun açarı rolunu oynayan dövlətimiz və ən yaxın müttəfiqimiz olan Türkiyə, yeni nizam formalaşdırmağa başlayıblar. Müəyyən dairələr artıq bunun qarşısını almaq iqtidarında olmadıqlarını başa düşürlər. Çünki, bunun əsası 2009-cu ildə Türkdilli dövlətlərin Naxçıvanda Türkdilli Dövlətlərin Şurasını yaratması ilə qoyuldu".

Bu ilin noyabr 12-də İstanbul şəhərində bu şuranın Türkdilli Dövlətlərin Təşkilatına çevrildiyini deyən politoloq qeyd etdi ki, uzun müddətdir ki, şuraya qoşulmaq istəməyən Türkmənistan bu dəfə təşkilata qoşulmaq barədə qərar qəbul etdi: "Bununla da, keçmiş SSRİ tərkibində olan Türkdilli dövlətlərin siyasi xəritəsi tamamlandı. Bu da o deməkdir ki, Türkdilli Dövlətlər Təşkilatı beynəlxalq qurum kimi yeni dünya nizamının formalaşması istiqamətində fəaliyyət göstərəcək. Bu təşkilata təkcə 300 milyonluq Türk dünyası deyil, dünyada sayı 1 milyard nəfərdən çox olan müsəlman dünyasından da bu təşkilata qoşulmaq istəyənlər var. Artıq Macarıstan da məşvərətçi kimi təşkilata üzv oldu. Hətta Rusiya da bu məşvərətçi səslə qoşulmaq niyyətindədir. Bura ərazisində Türklər yaşayan İran və İraq, eləcə də Əfqanıstan və Pakistan da bura maraq görməyə başlayıblar. Hətta 200 milyonluq müsəlman Türk uyğur vətəndaşı olan Çin, eləcə də Monqolustan qoşulma niyyətlərini açıqlayıblar".

Politoloqun sözlərinə görə, onların heç biri qoşulmasa belə, Türkiyə artıq İslam dünyasının liderinə çevrilib: "Buna görə də, dünya siyasi xəritəsində İslam siyasəti və nizamı özünə yer tutmaqdadır. İslam dövlətləri də öz aralarındakı qarşıdurmalara son vermək və yeni nizamda öz sözlərini demək istəyirlər".

Yeni nizamın iqtisadi maraqlara xidmət etdiyini söyləyən politoloq, bütün resursların 60 faizinin İslam ölkələrinin ərazisində yerləşdiyini diqqətə çatdırdı: "Həmin resurslar uzun illərdir ki, müsəlman olmayan dövlətlər tərəfindən istismar olunur. Təbii ki, yeni nizamda bu problemlərin hamısını aradan qaldırmaq mümkün olmasa da, mərhələli şəkildə aradan qaldırılması məsələsi müzakirə olunur. Bu gün müsəlman dövlətlərinə qarşı "mədəniyyətlər sivilizasiyası" adı altında səlib yürüşü həyata keçirilir. Buna isə, birlikdə cavab vermək olar. Tarix boyu dünyaya dahilər verən İslam dünyası bu gün elm sahəsində geri qalıb. Bu gün də dünya elmində sözünü deyən müsəlman alimlərinin sayı kifayət qədər olsa da, onlara qarşı elmi və siyasi qısqanclıq nümayiş olunur. 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi böyük qələbələr həm Türk dünyasına yeni nəfəs verdi, həm İslam dünyası başa düşdü ki, Ermənistanın arxasında böyük dövlətlərin olmasına baxmayaraq, bir müsəlman Türk dövləti onun öhdəsindən gələ bilir".

Azərbaycanın yeni dünya nizamında öz yerinin və imzasının olacağına inandığını dilə gətirən həmsöhbətimiz düşünür ki, artıq bunun qarşısını almaq mümkün deyil: "Yəqin ki, yaxın 10 il ərzində Türk dünyasının başladığı bu hərəkat, ümumilikdə İslam dünyasının hərəkatına çevriləcək və dünyada birqütblülüyə son veriləcək və iki qütblülük yaranacaq və dünya iqtisadi nizama girəcək".

Rövşən Ziya, Bizimyol.info

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Boş verin heykəlləri-filan...
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Eldar Həsənova hökm oxunub
››› Böyük Britaniya Rusiyanın qonşuluğuna ordu toplayır
Son xəbərlər
Bütün xəbərlər »