Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saakaşvilinin vəziyyətini psixiatr qiymətləndirəcək
Saakaşvilinin vəziyyətini psixiatr qiymətləndirəcək

Gürcüstanda Ombudsmanı yanında yaradılmış Tibbi Şuraya eks-prezident Mixail Saakaşvilinin səhhətini yoxlayacaq üçün psixiatr cəl edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə mətbuata Tibbi Şuranın həkimi Qriqol Qriqoliya bildirib.

Həmçinin, “Empati” reabilitasiya mərkəzinin rəhbəri Mariam Cişkarani Mixail Saakaşviliyə həm həbsxanada, həm də həbsxana xəstəxanasında böyük dozada psixotrop dərmanlar vurulduğunu bildirib. Öz növbəsində, Saakaşvilinin müalicəvi həkimi Nino Qoqorişvili qeyd edib ki, eks-prezidentə yuxu ilə bağlı problemlərə görə psixotrop dərmanlar yazılıb.

"Məlumat yayılıb ki, Saakaşvilinin zəif olması, onun ayaq üstə dayanmasında və danışmasında çətinlik yaradıb. Bizdə də məlumat var ki, o, böyük dozada psixotrop maddə qəbul edir, ona görə də xəstəxanada eks-prezidentlə məsləhətləşməyə ehtiyac yaranıb. Və onunla görüşüb, hansı dərman qəbul etdiyini görəcəyik”, - Qriqoliya bildirib.

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili 50 günlük aclıq aksiyasından sonra həbsxana xəstəxanasından Qoridəki hərbi xəstəxanaya köçürülüb və orada reabilitasiya kursu keçir.

Ədliyyə Nazirliyinin məlumatına görə, müalicəsi başa çatdıqdan sonra Saakaşvili oktyabrın 1-də həbs olunduqdan dərhal sonra yerləşdirildiyi Rustavi şəhərindəki 12 saylı həbsxanaya qaytarılacaq. O, 6 il müddətinə azadlıqdan məhrum ediləcək. Saakaşviliyə qarşı daha üç cinayət işi üzrə hökm hələ də çıxarılmayıb.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »