"O, mənə çay verdi və hər şeyi danışdı".
Bizimyol.info xəbər verir ki, bunu "sputnik"ə məşhur gürcü müğənnisi, aktyoru və Gürcüstan parlamentinin deputatı Vaxtanq (Buba) Kikabidze Qori xəstəxanasında eks-prezident Mixail Saakaşviliylə görüşündən danışarkən deyib.
Keçmiş dövlət başçısı Mixail Saakaşvili 50 günlük aclıq aksiyasından sonra həbsxana xəstəxanasından Qoridəki hərbi xəstəxanaya köçürülüb və orada reabilitasiya kursu keçir.
"Mixeil Saakaşvilinin vəziyyəti yaxşı deyil, burada heç bir sual yoxdur. Hər şey gözdən görünür. O, mənə çay verdi və başdan-ayağa hər şeyi danışdı. O, sınmayıb, əsas budur", - Kikabidze deyib.
Sənətçinin sözlərinə görə, o, eks-prezidentə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündən danışıb.
Bizimyol.info