Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2022-nin qış modasında hansı geyimlər dəbdə olacaq
2022-nin qış modasında hansı geyimlər dəbdə olacaq

2022-ci ilə sayılı günlər qalıb. Hamıda bir bayram təlaşı var. İki illik karantin dönəmi, ağır pandemiya insanların həyatını məhdudlaşdırmışdı. İndi isə, Yeni ümidlərlə başlamaq istəyirik. Yeni ildə dəyişə biləcəyimiz, davranışlarımız, düşüncələrimiz, həyat tərzimiz və geyim tərzimiz ola bilər.

Geyim tərzimizi bu gündən dəyişməyə nə deyirsiniz?

Bu gün sizə 2022 qış modasının rənglərindən danışacağıq. Dünya modelyerlərinin fikrincə, bu il qış modası rənglərində havaların soyuq olmasına baxmayaraq isti rənglərin vəhdəti var.

Qış modası rəngləri ilə yeni tərzdə və diqqətçəkici geyinə bilmək üçün modanı təqib etməyinizə gərək yoxdur. 2021-ci ilin qış modası rəngləri qırmızı, qəhvə rənginə çalan qırmızı, vəhşi alma rəngi, şaftalı rəngi, narıncı, mərcanı, açıq qəhvəyi, yaşıl zeytun rəngi idi. Bu rənglərin bir çoxu 2022-ci ildə də istifadə ediləcək. 2022-ci ildə zeytunyağı yaşılı, açıq və tünd ekru (ağın bejlə qarışğı), qaratut rəngi, kəskin qırmızı, torpaq rəngləri, yumşaq mavi rənglər daha çox gözə çarpacaq.

Modelyer Nərmin Rüstəmovanın sözlərinə görə, ötən illərdə qış rəngləri arasında qara, göy, qəhvəyi rənglər dəbdə olsa da, bu il bu rənglər dəbdə olacaq.

Payız-qış modası rəngləri arasında parlaq mavi, bənövşəyi rənginin müxtəlif çalarları dəbdə olacaq. Parlaq narıncı, tünd qırmızı rənglərə də önəm veriləcək. Diqqət çəkməyi sevməyən ancaq sadə rəngləri sevən şəxslər mavi, vanil rəngi, ekru və bej rənglərinə üstünlük verə bilərlər. Şokolad və karamel rəngləri də bu il dəbdədir”,- deyə modelyer bildirib. Onun sözlərinə görə, bu il gəncliyin dəbi, “tökülən” geyimlərdir. Qolları şişkin görünən köynəklər və enli tökülən şalvarlar bu ilin qışında dəbdə olacaq: “Qış modasında bu il dəst kostyumlar dəbdə olacaq. Gündəlik geyimlərdə də ikili və ya üçlü dəst geyimlərə üstünlük verə bilərsiniz. Son iki ildir ki, pandemiya səbəbilə evdə qaldığımız üçün insanlar rahat geyimlərə alışdılar. Buna görə, bu il dünya modelyerləri gündəlik geyimlərdə, özəl və ofis geyimlərində belə rahat stilə üstünlük verdilər. Məxmər parçalardan hazırlanmış enli “salaş” gödəkçələr, süni kürklərin müxtəlif boylarda olanı dəbdədir.

Kürk detallı geyimlər, şalvarlar, ətəklər və donlar bu il hər kəs tərəfindən seçilə bilər. Bu ilin geyimləri “tökülən” stildə olduğu üçün artıq çəkidən əziyyət çəkənlər və ya artıq çəkini sevən xanımlar da istədikləri kimi dəblə ayaqlaşa biləcək”.

Dəb insanın özünə yaraşanı geyinməsidir. Bəzən dəbdə olan, baha qiymətə satılan bir geyim sizə ucuz və dəyərsiz görüntü verə bilər. Bəzən isə, ucuz və sizə yaraşan geyim sizi daha cazibəli göstərə bilər. Dəb haqqında oxuyun, maraqlanın. Sonda özünüzə yaraşanı geyinin.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »