Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu xəstəlik üst tənəffüs yollarını, xüsusilə burnu tutur"
"Bu xəstəlik üst tənəffüs yollarını, xüsusilə burnu tutur"

Qış xəstəliklərinin çoxu infeksion xəstəliklərdir. Qış aylarında havanın soyuması, hava kirliliyinin artması və s. xəstəliklərə yol açır. Qış mövsümündə uşaqlarda soyuqdəymə, boğaz infeksiyaları, sinuzit və laringit kimi yuxarı tənəffüs orqanları infeksiyaları ilə yanaşı, bronxit və sətəlcəm kimi aşağı tənəffüs yolu infeksiyalarında da artım müşahidə olunur. Bu virusların havaların soyulması ilə birlikdə sürətli yayılmasının səbəbi budur ki, viruslar cansız səthlərdə belə 48-72 saata qədər yaşaya bilirlər.

Həkim pediatr İlhamə Qurbanovanın sözlərinə görə, viruslar birbaşa toxunma və hava-damcı yolu ilə yoluxur. Xəstə şəxsin asqırması, öskürməsi, hətta sadəcə nəfəs alıb-verməsilə damla şəklində havada qalır. Və digər şəxslərə yoluxa bilir.

“Qış aylarında viral infeksiyaları, 5 yaşında uşaq sadə üst tənəffüs yolları infeksiyası kimi keçirdiyi təqdirdə, yeni doğulan körpələr xəstəliyi bronxit və ya sətəlcəm kimi keçirə bilir. Çünki yeni doğulanların immun sistemi inkişaf etmədiyi üçün daha zəif olur. Aşağı və yuxarı tənəffüs yolları xəstəlikləri, immun sistemi zəif olan və allergiyalı insanlar üçün risklidir. Allergiyası olan şəxslərdə nəfəs yolları daralıb tıxanır” - deyə həkim bildirib.

Xəstəlikləri yaxşı bilmək, antibiotiklərdən düzgün istifadə etmək, ehtiyac olmadan dərman qəbul etməmək kimi məsələlərdə hər kəs diqqətli olmalıdır.

Həkimin sözlərinə görə, qış aylarında uşaqlarda daha çox rinit müşahidə edilir. Bu xəstəlik üst tənəffüs yollarını, xüsusilə burnu tutur. Məktəblilərin ildə 4-5 dəfə bu xəstəliyi keçirməsi normal hesab edilir. Xəstəliyə viruslar səbəb olur. Viruslar, asqırma və öskürmə zamanı ətrafa yayılır və xəstəlik də uşaqlar arasında beləcə yayılır. Qrip mikrobları damcı yolu ilə yoluxur, asqırma və öskürmə yolu ilə yayılır. Əlamətlər virusun tipinə görə, dəyişir. Bəzi vəziyyətlərdə uşaq özünü daha ağır xəstə hiss edir.

Uşaqlarda daha çox müşahidə edilən digər bir qış xəstəliyi isə, otit-orta qulaq iltihabıdır. Yuxarı tənəffüs yolu xəstəlikləri ilə birlikdə burundakı tıxanma, qulağa da təsir edir və qulaq infeksiyası yaranır. İnfeksiya, ağrı və hərarətin artmasına səbəb olur. Uşaq yaşlarında rinit və qripdən sonra ən çox müşahidə edilən xəstəlikdir. Belə ki, 3 yaşına qədər uşaqlaırn 3/2-si ən az bir dəfə orta qulaq iltihabı keçirir. 10 yaşından sonra bu problem azalır.

Sinuzit; alın sümüyü, üst çənə sümüyü və burun ətrafı sümüklərin içində hava dolu boşluqların itihablanmasıdır. Uşaqlarda sinuzit zamanı burun tıxanması, burun axması, boğazda badamcıqların şişməsi və s. müşahidə edilir. İnfeksiya qapalı mühitlərdə inkişaf edir.

Farangit isə, ən çox müşahidə edilən qış xəstəliklərindəndir. Bədən müqaviməti, soyuqdəyməyə qarşı zəif olduğu zaman ortaya çıxır.

Digər bir qış xəstəliyi isə, akut farangit-tonzilitdir. Hava-damcı yolu ilə keçən tonzilit; öskürək, burun axması, hərarətin qalxması və halsızlıqla müşahidə edilir. Şikayətlər gedərək artır və uşağın vəziyyəti ağırlaşır. Vaxtında müdaxilə edilmədiyi təqdirdə, ürəyin revmatizmasına yol açır.

Larengit də, qış xəstəliyidir və boğaz bölgəsində lariksin iltihablanmasına deyilir.

Bronxit, adətən üst tənəffüs yolu infeksiyası yaradan virusların ana bronxlara yerləşməsilə ortaya çıxır. Belə ki, sadə bir üst tənəffüs yolu xəstəliyi çox az halda olsa belə, bronxitə çevrilə bilir.

İlahin, Bizimyol.info

Paylaş »
››› Ərdoğandan Sezen Aksuya sərt sözlər: “Uzanan dilləri qoparmaq vəzifəmizdir”
››› Kremlin aşpazı Putinin yemək sirlərini açıqlayıb
››› Pensiyasını almaq üçün cəsədi poçt şöbəsinə aparıblar
››› Rusiyada buzlu çaya girən qadın yoxa çıxdı - Video
››› Yanvarın 23-nə olan hava proqnozu
››› NK karantin rejiminin dəyişməsi ilə bağlı qərarlar qəbul edib
››› Yuxuda dəniz görmək nə vəd edir - Yuxuyozma
Son xəbərlər
Bütün xəbərlər »