Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Narkotacirin üzərindən 3 kiloqram narkotik maddə aşkarlanıb
Narkotacirin üzərindən 3 kiloqram narkotik maddə aşkarlanıb

Səbail rayonunda narkotiklərin satışı ilə məşğul olan şəxsdən 3 kiloqram narkotik maddə aşkar edilib.

Bizimyol.info xəbər verir ki, DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsi, Narkotiklərlə Mübarizə və 8-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş paytaxt sakini Həsən Abdullayev tutularaq istintaqa təqdim edilib.

Üzərində şəxsi axtarış aparılan zaman ondan ümumi çəkisi 3 kiloqrama yaxın narkotik vasitə heroin, marixuana, psixotrop maddə metamfetamin və metadon həbləri aşkar edilərək götürülüb. O, ifadəsində narkotik maddələri satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Səbail Rayon Polis İdarəsində saxlanılan şəxsin ətrafında narkotik maddələrin mənbəyinin aşkar edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Səbail rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və digər hüquqazidd əməllər törədən şəxlərin ifşa edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Paylaş »
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
››› İslam şəriətində zinanın hansı növləri var...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İqlim dəyişikliyi bizə hansı qorxunc fəlakətləri vəd edir
››› "Qəbir sadə daşdan olmalı, üzərində mərhumun ad-soyadı yazılmalıdır"
››› Zooparkda ana azyaşlı qızını ayı qəfəsinə atıb
Son xəbərlər