İtalyan katolik yepiskopu Antonio Stagliano Şaxta babanın olmadığını və onun qırmızı kostyumunun reklam məqsədi ilə Coca-Cola şirkəti tərəfindən icad edildiyini deməsi qalmaqala səbəb olub.
Bizimyol.info xəbər verir ki, bu barədə "The New York Post" məlumat verib.
Yepiskop, artıq pandemiyanın təzyiqi altında olan ailə ənənələrini məhv etməkdə günahlandırılıb.
Staglianonun aid olduğu Noto yeparxiyası üzr istəməli olub.
"Əvvəla, yepiskop adından onun azyaşlı uşaqları məyus edən açıqlamalarına görə üzr istəyirik və onların buna yönəlmədiyini vurğulamaq istəyirik. Biz uşaqların təxəyyülünü məhv etməməli, ondan ən yaxşısını almalıyıq", - deyə möhtərəm Alessandro Paolinonun danışdığı rəsmi açıqlamada bildirilib.
Şaxta baba uşaqlara səxavət və digər fəzilətləri öyrətmək üçün təsirli bir üsul olduğunu söyləyib.