Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya NATO hərbi texnikasının Yunanıstan limanından ötürülməsindən narahatdır
Rusiya NATO hərbi texnikasının Yunanıstan limanından ötürülməsindən narahatdır

Rusiya NATO və ABŞ əsgərlərinin Yunanıstan ərazisində cəmləşməsindən, alyansın hərbi texnikasının Yunanıstanın Aleksandrupolis limanından keçirilməsindən narahatdır.

Bizimyol.info xəbər verir ki, bunu Yunanıstanın “Antenna” telekanalına müsahibəsində Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Söhbət dekabrın 8-də Soçidə Rusiya prezidenti Vladimir Putinin Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə görüşü ərəfəsində baş tutub.

Yunanıstan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığa dair yenilənmiş sazişlə bağlı Moskvanı nə narahat edir sualına sözçü belə cavab verib: "Problem çox sadədir. Sizin ərazinizdə getdikcə daha çox NATO və ABŞ əsgəri cəmləşir. Siz yüzlərlə, minlərlə ton hərbi yük daşıyırsınız. Aleksandrupolis vasitəsilə hərbi texnika, ehtiyat hissələri və s. daşınır. Siz NATO üçün yeni bazalar açırsınız, eyni zamanda NATO bizi düşmən adlandırır. NATO isə alyansın əsas məqsədini Rusiyanı cilovlamaqdan ibarətdir. Bu, bizi narahat edir. Siz bizi başa düşməlisiniz”.

Müxbirin Yunanıstanın Rusiyanın Türkiyəyə verdiyi S-400 zenit-raket kompleksi ilə bağlı eyni dərəcədə narahat olduğuna dair şərhinə Peskov belə cavab verib: “S-400 müdafiə sistemidir, Aleksandrupolisdən daşınan avadanlıqlar isə müdafiə sistemi deyil". Sözçü Yunanıstanın heç vaxt Rusiya ilə düşmənçilik etməyəcəyi fikrini bildirib.

ABŞ-ın Ukraynaya görə Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyi təqdirdə Yunanıstanın necə reaksiya verəcəyini soruşduqda, sözçü deyib ki, Rusiya Yunanıstana tərəfdaş ölkə, dost ölkə kimi yanaşır və bu yolu davam etdirmək istəyir. “Moskvanın Yunanıstanın AB xəttindən çıxmasını gözləyirmi?” sualına Peskov “Yunanıstan suveren ölkədir və Yunanıstanın suveren qərarlar vermək hüququ var”, - deyə cavab verib. "ABŞ Rusiyanın rəqibi deyil, tərəfdaşı olduğunu söyləmək olarmı" sualına Peskov belə cavab verib: "İkitərəfli münasibətlərimizin hazırkı vəziyyətini nəzərə alsaq, bunu təsəvvür etmək çətindir".

Paylaş »
››› Ailə qurarkən bədən qoxusunun önəmi: "Bu, sizə gülməli gələ bilər, amma reallıqdır"
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
Son xəbərlər
Bütün xəbərlər »