Dekabrın 10-da saat 19:30 radələrində Ermənistanın müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2002-ci il təvəllüdlü Senik Aşot Arzumanyan açdığı atəş nəticəsində bir hərbçi yoldaşı ölüb yaralanıb.
Bizimyol.info xəbər verir ki, bu barədə mətbuata Ermənistan Müdafiə Nazirliyi məlumat verib.
Qeyd edilir ki, hadisə zamanı daha iki hərbçi yaralanıb. Onların həyatı təhlükədə deyil.
"Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır", - məlumatda deyilir.