Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yapon alimləri koronavirusu göstərən maska icad ediblər
Yapon alimləri koronavirusu göstərən maska icad ediblər

Yapon alimləri mühüm kəşf ediblər. Onlar ultrabənövşəyi şüa altında koronavirusu aşkar edə bilən üz maskası hazırlayıblar.

Bizimyol.info xəbər verir ki, Yaponiyanın Kyoto Dövlət Universitetinin mütəxəssisləri Covid-19 sınaq prosesində mühüm irəliləyiş əldə ediblər.

Yasuhiro Tsukamotonun rəhbərlik etdiyi qrup, bədəndəki yad formasiyaları zərərsizləşdirən antikor və ya zülal istehsal edə bilən dəvəquşu yumurtalarından istifadə edərək "Covid-19"a diaqnoz qoya bilən üz maskası hazırlayıb.

Koronavirusun aktiv və təhlükəli olmayan formasını dişi dəvəquşuna yeritməklə, komanda quşların yumurtalarından yüksək miqdarda antikor çıxara bilib. Hazırladıqları xüsusi dəvəquşu yumurtalarından əldə edilən filtri üz maskasına əlavə edən mütəxəssislər  "Covid-19" anticisimlərini maskanın üzərinə səpərək ixtiranın effektivliyini yoxlayıblar.

Maskanın ultrabənövşəyi şüa altında virusa reaksiya verməsini bacaran komanda, maskadan istifadə edən şəxs virusla təmasda olduğu halda maskanın parıldadığını və bunun müsbət nəticəyə işarə etdiyini bildirib. Maskanın 10 günlük sınaq müddətində "Covid-19"a yoluxmuş 32 subyektdə virusu aşkarlaya bildiyi açıqlanıb.

Maska gələn il hökumətin icazəsi alındıqdan sonra istifadəyə verilə bilər. Bildirilir ki, maska ​​hər kəs üçün əlçatan olsa, "Covid-19" ilkin prosesdə aşkarlanması üçün zəmin yarada bilər.

Bizimyol.info

Paylaş »
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› “Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: Vasitəçilərin aqibəti necə olacaq?
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Putinin milyonçu etdiyi qohumu üzə çıxıb
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »