Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Əgər pişik ara vermədən miyoldayırsa, o, xəstə olduğunu xəbər verir"
"Əgər pişik ara vermədən miyoldayırsa, o, xəstə olduğunu xəbər verir"

Türkiyədə son 7 ayda pişiklər arasında viral ölümcül xəstəlik yayılıb. Xəsətəlik, təkcə küçə pişiklərində deyil, eləcə də, peyvənd olunmamış ev pişiklərində də özünü göstərir. Belə ki, xəstəliyə yoluxan pişiklərdə ağız və dodaqların yara tökməsi, ishal, qusma, göz və burun axıntısı, qarın şişməsi və s. əlamətlər müşahidə edilir.

Mütəxəssislərin fikrincə, pişik və itlərdə hərhansı bir virus özünü göstərən zaman onlara peyvənd vurmaq olmaz. Əvvəlcə heyvanın müalicəsi edib müqavimətini artırmaq, sonra peyvənd vurmaq lazımdır.

Veterinar Alim Məmmədovun sözlərinə görə, bakterial xəstəliklər antibiotik müalicəsi ilə sağalır. Ancaq viral xəstəliklər zamanı antibiotiklər təsirli olmur. Buna görə də, heyvanların sağalması daha ağır olur. Heyvanların xəstəliklərə yoluxmaması üçün ən təsirli yol peyvənddir.

“Heyvanlaırn üzərində minlərlə xəstəlik ola bilər. Buna görə də, gördüyünüz heyvanlara əl vurmayın və yaxud evə aparmayın. Heyvanlardan da insanlara xəstəlik keçə bilər".

Həkim bildirir ki, pişiklər öz hisslərini müxtəlif səslərlə biruzə edir. “Miyovlayır, mırıldayır və başqa səslər çıxararaq öz hisslərini sahibinə və ya digər insanlara çatdırmağa çalışır. Pişiklər miyoldayan zaman yemək, su və ya nəvaziş istəyir. Əgər pişik ara vermədən miyoldayırsa, o, xəstə olduğunu xəbər verir. Pişik rahat olan zaman sakit-sakit mırıldayır. Bəzən nəyəsə narahat olanda da pişik mırıldaya bilir” - deyə həkim bildirib. Onun sözlərinə görə, pişik sahibləri pişiklərini necə əhlilləşdirirlərsə, pıişiklər ona uyğun səslər çıxarır. Yəni, hər bir pişiyin çıxardığı səslər eyni mənanı vermir.

Veterinarın sözlərinə görə, pişiklər sahiblərini başa düşür və sahiblərinə müxtəlif səslərlə öz fikirlərini izah etməyə çalışırlar. Ancaq bu o zaman baş verir ki, pişiklə müntəzəm danışasınız:

“Məsələn; pişiyi küçədən evə gətirdikdən sonra ona tualet mədəniyyəti verməsəniz, evinizi çirkləndirə bilər. Tualetə gedəcəyi yeri göstərməlisiniz. Pişiklə danışmaq da həmçinin. Onun yemək yeyəcəyi yeri ayırmalısınız. Pişiyə hər yerdə yemək vermək olmaz. Yerini bilməlidir. Nəyin olub, nəyin olmamasını siz müəyyən etməlisiniz.

Məsələn; pişiyi divanın üzərinə çıxmağını istəmirsinizsə, bunu ona uyğun şəkildə izah etməlisiniz. Bədənini, boynunu sığallayıb yerə qoymalı və olmaz deməlisiniz. Pişiklərin bir xüsusiyyəti var ki, insanları müəyyən edə bilirlər.

Məsələn; mənfi enerjili birinə pişik heç vaxt yaxın getməz. Pişiklər adətən xoş auralı insanların ayağına dolaşır, onlarla yatmağa çalışır, onlar tərəfindən əzizlənməyə çalışırlar”.

Həkim qeyd edib ki, pişiklər də digər canlılar kimi xəstələndikləri zaman bunu hiss etdirə bilir. Halsız olur və yemək yemir, daha əvvəlki kimi çağırışlarınıza cavab vermirlər. Bu zaman isə, pişiyi mütləq veterinara aparmaq lazımdır. Çünki pişikdə elə bir xəstəlik ola bilər ki, siz önəm verməsəniz, sizə də keçə bilər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »