Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Vətən müharibəsində Azərbaycan diasporu erməni diasporunu ifşa etdi”
“Vətən müharibəsində Azərbaycan diasporu erməni diasporunu ifşa etdi”

“Azərbaycan uzun illərdir ki, diaspor fəaliyyəti ilə məşğuldur. İstər keçmiş post-sovet ölkələrində, istər qardaş Türkiyə, istəsə də Avropa, Amerika qitələrində Azərbaycan diasporu formalaşmağa başladı”.

Bu fikirləri Bizimyol.info saytına açıqlaması zamanı diaspor məsələləri üzrə ekspert Toğrul Allahverdili bildirib. Onun sözlərinə görə, son 3 ildə Azərbaycan diasporu özünün ən yüksək nöqtəsini yaşayıb və bunun gücünü Vətən Müharibəsi və Tovuz hadisələrinə baxdıqda görmək olur.

“Bəzi şəxslər Azərbaycan diasporasını tənqid edərkən, belə bir söz işlədirdilər ki, “Azərbaycan erməni diasporasına uduzur”. Bu gün çox sevindirici haldır ki, Azərbaycan diasporu Tovuz hadisələrində və Vətən Müharibəsində erməni diasporunu darmadağın etdi. Bu, Azərbaycan diasporunun gücünün, neçə illər formalaşmasının, Azərbaycan dövlətinin diaspora olan qayğısının nəticəsi idi ki, ölkəmizdən kənarda yaşayan azərbaycanlılar Azərbaycan dövlətinin siyasi və mənəvi dəstəyinin gücünə güvənərək bu addımları atdılar və erməni diasporunu rəzil duruma saldılar.

Erməni diasporası hər zaman Azərbaycan diasporundan fərqli olaraq, lobbiçilik ilə məşğul idi. Avropa, Amerika və digər ölkələrin parlamentlərinin, dövlət qurumlarının qarşısında Azərbaycan və qardaş Türkiyənin əleyhinə böyük aksiyalar keçirirdilər. Vətən müharibəsində isə, bu tamamilə əksini göstərdi. Azərbaycan diasporu erməni diasporunu ifşa etdi. Uzun illər avropalıları, amerikalıları, xariciləri aldadan erməni diasporası artıq rəzil duruma gəldi. Bu da Azərbaycan diasporasının gücünü göstərir.

Bir nüansı xüsusi olaraq qeyd edim ki, Azərbaycan əsgəri cəbhədə düşmənə qarşı savaşarkən, Azərbaycan diasporu da informasiya savaşında reallıqları çatdırırdı. Bundan əlavə, Azərbaycan diasporu Avropada və digər dövlətlərdə Azərbaycan ordusuna dəstək mitinqləri keçirirdi. Hətta bu zaman erməni diasporu, Azərbaycan diasporuna hücum etmişdi, bir neçə soydaşımızı yaralamışdılar və bununla belə Azərbaycan diasporasının gözünü qorxuda bilməmişdilər. Çünki düşmən hər yerdə düşməndir. Həmin anda cəbhədə Azərbaycan əsgərinə güllə atan erməni ilə Amerikadakı erməni arasında fərq yox idi. Lakin bizim diasporamız qorxmadı, çəkinmədi. Azərbaycan dövlətinin mənəvi, siyasi dəstəyindən güc alaraq, Azərbaycan diasporu erməni diasporunu susdurdu və bütün həqiqətləri dünyaya çatdırdı”.

Ekspertin sözlərinə görə, Azərbaycan diasporu son 3 ildə artıq diaspordan daha çox lobbiçilik fəaliyyəti ilə məşğuldur və istər Diasporla İş üzrə Dövlət Komitəsində keçirilən görüşlər, istərsə də xaricdən gələn mühüm şəxslərin komitə tərəfindən qəbul olunması, komitə sədrinin hər ay 3-4 ölkəyə səfər etməsi bunu göstərir.

“Azərbaycan diasporu artıq tək azərbaycanlılarla deyil, dost və qardaş olan ölkələrin diaspor təşkilatları ilə sıx əməkdaşlıq edir. Bu gün Türkiyə və Azərabyacan diasporası Avropada, Amerikada bir amal üçün yəni, erməni yalanları, vandalizminə qarşı birləşiblər. Bundan əlavə İsrail və Azərbaycan diasporları birgə fəaliyyət göstərir. Bunun da nəticələrini yəni, yəhudi lobbisinin, diasporunun Azərbaycana verdiyi dəstəyi, biz, Vətən Müharibəsi zamanı gördük. Digər tərəfdən uzun illər sürgünə məruz qalmış, öz dədə-baba torpaqlarından qovulmuş ahıska Türkləri var ki, onların Amerikada və Avropada böyük lobbiçilikləri var. Komitə sədri bu ölkələrə səfər edən zaman həmin ahıska Türkləri ilə bir araya gəlməsi də lobbiçilik fəaliyyətinin bariz nümunəsidir. Yəni, ümumi götürdükdə Azərbaycan diasporu artıq lobbiçilik fəaliyyətinə keçib.

Keçmiş zamanlara baxdıqda görürük ki, bəzi diaspor təşkilatlarımız var idi ki, ancaq Azərbaycan mediasında tanınmağa çalışırdılar. Bu tam əksinə və yalnış fikir idi. Təbii ki, Azərbaycan mediası da onların gördükləri işi işıqlandırmalıdır, lakin onlar çalışmalı idilər ki, daha çox xarici media ilə işləsinlər. Bir daha qeyd edirəm ki, Azərbaycan diasporunun Vətən müharibəsində xarici media, televiziyalar ilə işlənməsində böyük xidmətləri oldu.

Təbii ki, çatışmamazlıqlar var. Bunu heç kim dana bilməz. Biz bundan sonra da çalışmalıyıq ki, Azərbaycan diasporu güclü fəaliyyət göstərsin. Çünki Azərbaycanın müzəffər ordusu torpaqlarımızı işğaldan azad etdi və artıq informasiya savaşı, siyasi elita arasında diplomatik danışıqlar başlayıb. Bununla bərabər, erməni diasporası durmu və öz çirkin əməllərindən əl çəkmir. Biz qarşı tərəfin təxribatlarına hazır olmalıyıq.

Azərbaycan diasporunun ən böyük uğurlarından biri isə odur ki, əvvəllər bir şəhərdə bir neçə diaspor təşkilatı var idi və bir-birləri ilə yola getmirdilər. Amma son illərdə xaricdə “Azərbaycan Evləri”nin açılması, diaspor təçkilatlarımınız həmin evlər ətrafında birləşdirilməsi, Azərbaycan Koordinasiya Şuralarının yaradılması birliyə və bərabərliyə gətirib çıxardı.

Biz Azərbaycan diasporunun fəaliyyətini qiymətləndiririk və hər zaman deyirəm ki, Azərbaycan diasporu da arxa cəbhənin qəhrəmanlarıdır”.

Leyla Mirzə, Bizimyol.info

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.14. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Boş verin heykəlləri-filan...
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Yas məclisi təşkil edən polis rəisinə yumruq vurub
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Eldar Həsənova hökm oxunub
Son xəbərlər
Bütün xəbərlər »