Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya Kansleri Putin-Bayden danışıqlarına münasibət bildirib
Almaniya Kansleri Putin-Bayden danışıqlarına münasibət bildirib

Almaniya Kansleri Olaf Şolts Ukrayna ilə bağlı ABŞ və Rusiya prezidentləri arasında baş tutan müzakirələri müsbət qiymətləndirdiyini deyib.

APA-nın verdiyi xəbərə görə, Olaf Şolts bu barədə Fransa Prezidenti Emmanuel Makronla birgə keçirdiyi mətbuat konfransında açıqlayıb.

"Hamımız Ukrayna sərhədindəki vəziyyəti narahatlıqla izləyirik. Aydındır ki, orada çoxlu əsgər var, ona görə də bu məsələni hər yerdə müzakirə mövzusuna çevirmək çox vacibdir.

ABŞ Prezidentinin Rusiya Prezidenti ilə bu barədə müzakirə aparması yaxşı haldır", - deyə Olaf Şolts bildirib.

Almaniyanın yeni kansleri qeyd edib ki, onun ölkəsi Ukrayna üçün yaxşı prespektivlərin təminatı istiqamətində öz səylərni davam etdirəcək.

"Bunun üçün artıq yaxşı əsaslar mövcuddur, sadəcə bunu aktivləşdirmək lazımıdır, məsələn tərəflər arasında razılaşdırılmış kriteriyalara söykənən "Normandiya formatı" çərçivəsində əməkdaşlıq. Və təbii ki, ümumi bir yanaşma var, Avropada sərhədlərin toxunulmazlığı bu regionda ümumi təhlükəsizlik üçün hamının qəbul etməli olduğu prinsiplərdən biridir. Bu qaydalar hamı üçün keçərlidir”, - deyə o əlavə edib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »