Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni epidemiya xəbərdarlığı
Yeni epidemiya xəbərdarlığı

Konqo Demokratik Respublikasının şərqindəki Maniema əyalətində meymun çiçəyi epidemiyasının yayıldığl elan edilib.

Bizimyol.info xəbər verir ki, Maniema qubernatoru vəzifəsini icra edən Afani İdrissa açıqlamasında bildirib ki, Maniema əyalətinin Venqa, Utşu və Veta bölgələrində 191 nəfər bu virusa yoluxub, 24 nəfər isə dünyasını dəyişib.

Bölgədə “meymun çiçəyi” epidemiyası elan etdiklərini bildirən İdrissa mərkəzi hökumətə və humanitar yardım fondlarını köməyə çağırıb. İctimaiyyətdən ehtiyatlı olmağı xahiş edən İdrissa qeyd edib ki, simptomları hiss edən hər kəs dərhal ən yaxın sağlamlıq mərkəzinə müraciət etsin.

Məlumatda bildirilir ki, bu virus insanlara daha çox gəmiricilər və primatlar kimi vəhşi heyvanlardan keçir. Xəstəliyin simptomlarına temperatur, baş ağrısı, səpgi, yorğunluq və nəfəs darlığı daxildir. Mərkəzi və Qərbi Afrika ölkələrində müşahidə edilən xəstəlik üzdən başlayaraq əl və ayaqlarda dəri səpgilərinə də səbəb ola bilər.

Leyla, Bizimyol.info

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Hərbi geyimi qanunsuz şəkildə gəzdirən “qazi”lər, yaxud sosial şəbəkə “fenomen”ləri – “Adam “like” toplamaq istəyir, “qazi” adından istifadə edir”
››› Prezident İradə Gülməmmədovanı vəzifəsindən azad edib
Son xəbərlər
Bütün xəbərlər »